Könüllü Fəaliyyət Proqramı üzrə qəbul elan edilir

Psixologiya Elmi-Tədqiqat İnstitutu çoxsaylı müraciətləri nəzərə alaraq artıq 8-ci dəfə Könüllü Fəaliyyət Proqramı üzrə qəbul elan edir.

Könüllü Fəaliyyət Proqramına qəbul olmaq üçün namizədə verilən tələblər bunlardır:

Kompüter bacarıqları;

Azərbaycan dilində səlis danışıq;

Yaş məhdudiyyəti: 18-25 yaş.

Qəbul 2 mərhələdən ibarətdir: 1. Onlayn qeydiyyat; 2. Müsahibə.

Onlayn qeydiyyat üçün CV-lərinizi [email protected] ünvanına və ya 070 268 27 08 nömrəmizə What’s App üzərindən göndərə bilərsiniz. Qeydiyyat bitdikdən sonra müsahibə mərhələsi baş tutacaq, müsahibədən uğurla keçənlər Könüllü Fəaliyyət Proqramına qəbul olacaqlar.

Qeyd edək ki, Könüllü Fəaliyyət Proqramı 6 ay müddətində ( 23.04.2023 – 23.10.2023) davam edəcək və 6 ayın sonunda hər bir könüllüyə Könüllü Fəaliyyət Proqramı ilə bağlı institutun rəsmi sənədi təqdim ediləcək.

Son müraciət tarixi: 15.04.2023-cü il. Məlumat üçün 070 268 27 08 ( mob/what’s App) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Online Qeydiyyat