04.04.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.
Təlim institutun İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və institutun əməkdaşı, psixoloq Ülkər Zalova Nuriyeva tərəfindən aparılıb.
İki qrupdan ibarət məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq Ülkər Zalova Nuriyeva keyzlər üzərində analizlər aparıb.Günün ikinci yarısında növbəti qrup məktəb psixoloqlarına psixoloq Mətanət Əliyeva “Diqqət əskikliyi və hiperaktivlik pozuntusu” mövzusunu tədris edib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 100 nəfər məktəb psixoloqunun iştirak etməsi nəzərdə tutulub. Təlimlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarının təkmilləşdirilməsi, təhsil mühitində təhsilalanların psixoloji sağlamlığının qorunmasına və sosial inkişafına dəstək olmaqdır.