İnstitutun əməkdaşları ilə görüş keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinə yeni direktor təyin olunub.Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun əməkdaşları ilə görüş keçirib.Sədr qeyd edib ki, institutda indiyədək elmi fəaliyyətlə yanaşı, psixoloji xidmət də yüksək səviyyədə həyata keçirilib. Elnur Rüstəmov vurğulayıb ki, hazırda institutun qarşısında duran prioritet istiqamətlərdən biri təlim-tədris və elmi-tədqiqat işləri üzrə fəaliyyətin keyfiyyətini daha da artırmaqdır.

Elnur Rüstəmov həmçinin qeyd edib ki, hazırda Türkiyənin Yıldız Teknik Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində 2 qrup “Ailə psixoloqu”, 2 qrup “Uşaq psixologiyası”, 2 qrup “Rasional Emosional & Koqnitiv Davranış Terapiyası” və 1 qrup “Oyun Terapiyası” kursları işini uğurla davam etdirir. Sədr beş elmi-tədqiqat qrupunun psixologiyanın müxtəlif istiqamətlərində tədqiqat işləri apardığını diqqətə çatdırıb və institutun elmi fəaliyyətində əhəmiyyətli hadisələrdən biri kimi bu günlərdə “Scopus”, eləcə də “ERIC”, “EBSCO”, “Index Copernicus”, “DOAJ” kimi beynəlxaq indeksli elmi bazalarda yer alan “European Journal Educational of Research” junalında çap olunmuş məqalədən bəhs edib. Eyni zamanda, cari ilin 3-4 iyun tarixlərində həyata keçiriləcək “Psixologiya Zirvəsi-2” konfransı və bu günlərdə nəşr olunacaq “Məktəb psixologiyasına giriş” kitabı haqqında məlumat verib.

Daha sonra Elnur Rüstəmov Psixologiya Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinə yeni direktor təyin olunmuş psixoloq Seyid-Zeynəb Əliyevanı kollektivə təqdim edib vəindiyədək bu vəzifəni uğurla icra edən psixoloq Aydan Nəzərovaya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb. Psixoloq Aydan Nəzərova institutda bu illər ərzində fəaliyyətindən danışarkən qeyd edib ki, birlikdə uğurlu işlərə imza atılıb və bu əməkdaşlığın davamlı olacağını vurğulayıb. Elnur Rüstəmov hər iki mütəxəssisə fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra əməkdaşların fikirləri dinlənilib və həyata keçiriləcək layihələr müzakirə olunub.

Online Qeydiyyat