Bakı Dövlət Universitetinin SABAH qruplarının tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar

1 may tarixində Bakı Dövlət Universitetinin SABAH qruplarının Psixologiya üzrə III kurs (P021S) tələbələri Psixologiya Elmi-Tədqiqat İnstitutunda olublar.

Xüsusi psixologiya fənni çərçivəsində təşkil edilmiş görüşdə tələbələr institutun Beyin və Davranış laboratoriyasında aparılan psixokorreksiya metodları ilə tanış olublar və laboratoriyanın baş mütəxəssisi Səyanə Əliyeva onlara müasir psixoloji cihazların işləmə mexanizmləri barədə məlumat verib. Tələbələr həmçinin Neurofeedback və neurofeedback robotu, Transkranial Birbaşa Cərəyan Stimullaşdırıcı (tDCS), Beta-Alfa aparatı, Virtual – Reallıq (VR) həyəcan-qorxu aparatı, Quantitative (Rəqəmsal) Elektroensefaloqramma (QEEG) vasitəsilə diaqnostika və korreksiya işlərini praktik təcrübədən keçiriblər.

Daha sonra Psixolgiya Elmi Tədqiqat İnstitutunun Yaş və inkişaf şöbəsinin rəhbəri, Bakı Dövlət Universitetinin SABAH qruplarının müəllimi Mətanət Əliyeva tələbələri Azərbycanda ilk psixoloji laboratoriyanı yaradan, psixologiya elminə böyük töhfələr vermiş Fuad İbrahimbəyov adına muzeylə tanış edib və eyni zamanda, onlara institutun fəaliyyəti barədə danışıb. Sonda tələbələrlə xatirə şəkli çəkilib.

Online Qeydiyyat