“Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib

04.05.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində məktəb psixoloqları üçün “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” adlı təlimin növbəti dərsi keçirilib.

Təlimdə məktəb psixoloqları heyətinin birinci qrup iştirakçıları üçün psixoloq Lamiyə Hüseynova “Stresin idarə edilməsi”, psixoloq Mətanət Əliyeva “Qısa müddətli həllmərkəzi terapiya” və klinik psixoloq Mələk Allahverdiyeva “Proyektiv metodikalar” və “Qısa simptom şkalası” mövzusunu tədris ediblər.

Online Qeydiyyat