Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib

04.05.2023-cü il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dillər Universitetinin Təhsildə sosial psixoloji xidmət ixtisasının ikinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, institutun mütəxəssisləri iştirak ediblər.

Sədr Elnur Rustemov tələbələrə institunun fəaliyyəti, institutda aparılan elmi-tədqiqatlarla bağlı ətraflı məlumat verib. Daha sonra tələbələr institutun “Beyin və Davranış” laboratoriyası ilə tanış olublar. QEEG üzrə baş mütəxəssis Səyanə Əliyeva və institutun “Neyrofeedback” aparatı üzrə mütəxəssisi Leyla İsayeva aparatların psixodiaqnostika və psixokorreksiya prossesində işləmə prinsiplərini göstərib, eləcə də elmi-tədqiqat işlərinin aparılmasında və psixokorreksiya zamanı faydalarından bəhs ediblər. Daha sonra “Neurofeedback” üzrə mütəxəssis Sevil Cavadova tələbələrə “Virtual Reallıq” aparatının iş prinsipini göstərib.

Son məqalələr

Online Qeydiyyat