3-4 iyun 2023-cü il tarixində həyata keçiriləcək “PSİXOLOGİYA ZİRVƏSİ-2” Konfransında Dos.Dr. Murat Artıranın təqdimatında

3-4 iyun 2023-cü il tarixində həyata keçiriləcək “PSİXOLOGİYA ZİRVƏSİ-2” Konfransında Dos.Dr. Murat Artıranın təqdimatında “Bilişsel Davranışçı terapilerin geleceği” mövzusunda məruzədə iştirak edə biləcəksiniz.

Konfrans biletini əldə etmək üçün: 070 268 27 08 nömrəmizə What’sApp-dan əlaqə saxlaya bilərsiniz.

Mütəxəssis:
Doç.Dr.Murat Artran Klinik Psixoloq, Psixoterapevt, Müəllim və Elmi Jurnallarda Redaktordur.
Təhsili:
Eastern Kentucky University, Richmond, Kentucky, Psixologiya Bakalavr, 4 il
American Public University, Charles Town, West Virginia. Psixologiya Magistratura, 2 il
Arel Üniversitesi Klinik Psixologiya Doktorantura; 4 il
2001-ci ildə ABŞ-a köçmüşdür. O, 12 il yaşadığı ABŞ-da Psixologiya üzrə bakalavr, Klinik Psixologiya üzrə magistratura, Psixoterapiya, Psixoloji pozuntular üzrə staj və təlimi tamamlamışdır.
2006-cı ildən ABŞ-ın Nyu-York şəhərində Albert Ellis İnstitutunda Rasional Emosional Davranış Terapiyası və Koqnitiv Davranış Terapiyası təlimlərini bitirmiş və RDDT və CBT supervayzeri adını qazanmışdır.
O, “Akılcı Duygucu Davranışçı Kuram Ve Öz-Belirlenim Kuramı Çerçevesinde Yeni Bir Ölçek: Akılcı-Duygucu Öz-Belirlenim (ADÖB) Ölçeğinin Geliştirilmesi’ “ adlı tədqiqatı ilə Klinik Psixologiya üzrə fəlsəfə doktoru dərəcəsini almışdır.

Milli və beynəlxalq jurnallarda psixoterapiya, motivasiya və psixoloji testlər sahələrində çoxlu elmi məqalələri var.

Son məqalələr

Online Qeydiyyat