“Müasir Azərbaycan Psixoloqları” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2023-cü il kiçik qrant müsabiqəsi” layihəsində qalib olmuş “Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək proqramı” layihəsinin icrasına başlayıb

“Müasir Azərbaycan Psixoloqları” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “2023-cü il kiçik qrant müsabiqəsi” layihəsində qalib olmuş “Şəhid ailələri və qazilərə sosial-psixoloji dəstək proqramı” layihəsinin icrasına başlayıb.

Layihənin icrasının ilk günündə Psixologiya Elmi-Tədqiqat İnstitutununda institutun əməkdaşı, psixoloq Çinarə Kazımzadə tərəfindən “Psixoloji adaptasiya”, “Psixoloji rifah”, “Stresin idarə olunması” və “Psixoloji relaksasiya metodları” tədris olunub.

Daha sonra institutun əməkdaşı, psixoloq Nigar Əsgərova iştirakçılarla qrup terapiyası həyata keçirib.

Görüşdə müasir dövrdə ən çox rast gəlinən psixoloji problemlər, müharibə böhranının idarə olunması, postmüharibə dönəmində rast gəlinən psixoloji problemlər, ikinci hissədə isə qrup terapiyası şəklində özünəinam, adaptasiya, ümid və motivasiyanın artırılması, şəxsi inkişaf üsulları mövzusundan bəhs olunub.

Dərs zamanı iştirakçılara nəzəri məlumatlarla yanaşı, zəruri olan praktik biliklər də verilib.

Son məqalələr

Online Qeydiyyat