Ötən günü Psixologiya Elmi-Tədqiqat İnstitutunun tədqiqat qrupunun görüşü keçirilib.
Görüşdə hazırda Azərbaycan dilinə adaptasiyası həyata keçirilən 2 şkalanın (“Həyatboyu bacı-qardaş münasibətləri şkalası” və “Tukman prokrastinasiya şkalası”) tədqiqat məqaləsinin yekun işləri müzakirə olunub.
Tukman prokrastinasiya şkalasının Azərbaycan dilində psixometrik meyarlarının yoxlanılması üçün Azərbaycan məktəblərində təhsil alan 5-11-ci sinif şagirdləri məlumatların toplanması üçün sorğuya cəlb olunmuşdur.
Həyatboyu bacı-qardaş münasibətləri şkalasını dilimizə adaptasiya etmək üçün lazım olan məlumatlar 18 yaşdan yuxarı yetkin şəxslərdən əldə olunmuşdur.
Hazırda tədqiqat qrupunun üzvləri hər iki tədqiqat məqaləsinin “Discussion” hissəsi üzərində işləyirlər.