28-30 noyabr tarixlərində Tiflisdə keçirilən Beynəlxalq Nevrologiya Konqresində (NEURO-2024) f.ü.f.d Elnur Rüstəmov və uzman klinik psixoloq Narınc Rüstəmova ölkəmizi təmsil edəcəklər

28-30 noyabr tarixlərində Tiflisdə keçirilən Beynəlxalq Nevrologiya Konqresində (NEURO-2024) Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik psixoloq Narınc Rüstəmova ölkəmizi təmsil edəcəklər.

Onlar 29 noyabr tarixində “Diqqət əskikliyi və hiperaktivlik (ADHD) sindromlu uşaqlara Neurofeedback cihazının tətbiqi və Amerika Hiperaktivlik Ölçülmə şkalası ilə əvvəl və sonrakı halının dəyərləndirilməsi“ mövzusunda apardıqları tədqiqatla çıxış edəcəklər.

Konfrans çərçivəsində beyin xəstəlikləri, yeni tədqiqatlar, psixonevrologiyada olan yeniliklər və funksional nevrocərrahiyyənin çağırışları kimi mövzulara toxunulacaq.

Son məqalələr

Online Qeydiyyat