Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik-psixoloq Narınc Rüstəmova 28-30 noyabr tarixlərində Tiflisdə keçirilən Beynəlxalq Nevrologiya Konqresində (NEURO-2024) iştirak ediblər.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri f.ü.f.d Elnur Rüstəmov və institutun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman klinik-psixoloq Narınc Rüstəmova 28-30 noyabr tarixlərində Tiflisdə keçirilən Beynəlxalq Nevrologiya Konqresində (NEURO-2024) iştirak ediblər.

Konqresə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, Yaponiya, Yunanıstan, İngiltərə, Malayziya, Almaniya, Pakistan, Hindistan, Serbiya, Fransa və digər ölkələrdən olan mütəxəssislər qatılıblar.

F.ü.f.d Elnur Rüstəmov və uzman klinik-psixoloq Narınc Rüstəmova “Uşaqlarda Neurofeedback terapiyasından əvvəl və sonra Amerika Diaqnostik Qiymətləndirmə Şkalasının Qiymətləndirilməsi” (“Assessment of the American Diagnostic Rating Scale before and after Neurofeedback Therapy in children with ADHD”) mövzusunda Azərbaycanda aparılan araşdırma ilə bağlı danışıblar.

Qeyd edək ki, tədqiqat 18 ay müddətində (fevral 2023-avqust 2024) 2-18 yaşlı 3978 uşaq və yeniyetmə arasında aparılıb.

Bildirilib ki, ağır hiperaktivlik-DEHB ilk doğulan uşaqların 23%, ikinci doğulanların 19%, üçüncü doğulanların 16% və tək uşaqların 23% -ində müşahidə olunur.

Keysəriyyə əməliyyatı ilə doğulan uşaqların 22%-də ağır hiperaktivlik və DƏHB sindromu, 47%-də isə orta səviyyələr müşahidə edilir.
Eynilə, təbii yolla doğulan uşaqlar arasında 21% ağır DƏHB simptomları var və 46% orta səviyyədədir.

Bu statistika göstərir ki, doğuş üsulu, istər keysəriyyə, istərsə də təbii, uşaqlarda hiperaktivlik və ya DƏHB inkişaf ehtimalına əhəmiyyətli təsir göstərmir.

Həmçinin tədqiqat nəticəsində məlum olmuşdur ki, şəhərlərdə yaşayan uşaqların 46%-i ağır hiperaktivlik-DƏHB, 21%-i isə çox ağır simptomlar nümayiş etdirir.

Rayonlarda bu göstəricilər müvafiq olaraq 50% və 23%, kəndlərdə isə 52% və 21% təşkil edir.

Eyni zamanda, ailə tipi (kiçik ailə, geniş ailə, himayədarlıq) və uşaqlarda hiperaktivliyin müşahidəsi arasında əlaqə də qeyd olunub.

Belə ki, kiçik ailələrdə (valideynlər və uşaqlar), uşaqların 47% -i şiddətli hiperaktivlik-DƏHB nümayiş etdirir və 19%- i çox ağır simptomlar göstərir (2,164 fərddən ibarət nümunə əsasında).

Böyük ailələrdə (ikinci dərəcəli qohumlar, nənə və babalar və s. daxil olmaqla) bu göstəricilər müvafiq olaraq 47% və 24% təşkil edir (1807 nəfər).

Valideyn himayəsindən məhrum olan uşaqlar qəyyumluqda yaşayanda onlarda 71%-də ağır simptomlar, 14%-də isə çox ağır simptomlar müşahidə olunur. (7 nəfər).

Nəticə olaraq qeyd edilir ki, psixoloji dəstək və dərman müalicəsi ilə birlikdə 20 seans NFB terapiyası sayəsində ağır hiperaktivliyi olan 11-18 yaşlı uşaqlarda 55% azalma, orta dərəcədə şiddətli hiperaktivlikdə isə 49% azalma müşahidə edilib, bununla yanaşı, uşaqların 13%-i hiperaktivlik əlamətlərini tamamilə aradan qaldırıb.

Son olaraq isə sədr f.ü.f.d Elnur Rüstəmov və uzman klinik psixoloq Narınc Rüstəmova növbəti
Beynəlxalq Nevrologiya Konqresinin (NEURO-2025) Psixologiya Elmi Tədqiqat İnstitutunda keçirilməsi ilə bağlı rəsmi görüşdə iştirak ediblər, bu istiqamətdə danışıqlar aparılıb.

Son məqalələr

Online Qeydiyyat