Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Psixologiyası, Psixodiaqnostikası və Psixokorreksiyası” (XQEU) üzrə ixtisasartırma kursunun ilk qrupunun sertifikat təqdimatı keçirilib.
Tədbirdə Əlavə Təhsil və İnnovasiyalar şöbəsinin müdiri, psixoloq Ülviyyə Nəhmətova, psixoloq Lətafət Novruzova və layihə rəhbəri Şahin Şərifov iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən psixoloq Ülviyyə Nəhmətova ixtisasartırma təhsilinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu təhsil növü mütəxəssislərə peşə biliklərini genişləndirmək və praktiki bacarıqlarını artırmaq imkanı yaradır. Eyni zamanda, o, kurs müddətində iştirakçıların fəal iştirakı və yüksək motivasiyası üçün təşəkkür edib, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra psixoloq Lətafət Novruzova və layihə rəhbəri Şahin Şərifov iştirakçıları təbrik edərək, onların qazandıqları bilik və bacarıqların xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş prosesində mühüm rol oynayacağını vurğulayıblar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq bütün iştirakçıları təbrik edir, onların peşəkar inkişaf yolunda yeni uğurlar arzulayırıq!







