“Education and Training Services” “Təlimçilər üçün təlim-peşəkar təlimçi” proqramına start verib

“Education and Training Services” Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşları üçün “Təlimçilər üçün təlim-
peşəkar təlimçi” proqramına start verib.

Təlim f.ü.f.d Elnur Rustemov və Dr. Elvin Əhmədovun açılış nitqi ilə başlayıb. Elnur Rüstəmov Elvin Əhmədova bu təşəbbüsü üçün təşəkkürünü bildirib və təlim iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, 4 gün davam edəcək təlimin əsas məqsədi müəssisədə professional daxili təlimçilərin hazırlanmasıdır.

Sonda iştirakçılara sertifikat təqdim olunacaq.

Online Qeydiyyat