Psixologiya Elmi Tədqiqat İnstitutunda “Asılılığın biopsixososial səbəbləri və mümkün həlli yolları” elmi-praktiki konfransı keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunda “Asılılığın biopsixososial səbəbləri və mümkün həlli yolları” elmi-praktiki konfransı keçirilib.

Konfransda Bakı Şəhər Narkoloji Məzkəzinin həkim narkoloqu Baxışova Fizzə, Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi, psixiatr Leyla Bəşirova, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin klinik psixoloqu İlahə Novruzova və Psixologiya Elmi Tədqiqat İnstitutunun əməkdaşı, Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Nəcəfov çıxış ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Fizzə Baxışova “Asılılığın Bioloji Əsasları və Beyinə Təsiri”, Leyla Bəşirova “Asılılığa Bağlı Psixi Xəstəliklər və Davranış Pozuntuları”, İlahə Novruzova “Asılılığın Psixoloji Təsirləri: Emosiyalar və Düşüncə Tərzi”, Rövşən Nəcəfov “Asılılıq və Şəxsiyyət: Psixoterapevtik Yanaşmalar və Sosial Dəstək” mövzusunda öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər.

Tədbirin sonunda Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov mövzunun aktuallığı və əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu cür təlim və konfranslar tez-tez keçirilməlidir. Sədr məruzəçilərə və iştirakçılara öz təşəkkürünü bildirib.

Sonda məruzəçilərə təşəkkürnamə, iştirakçılara sertifikat təqdim edilib.

Online Qeydiyyat