Məlumdur ki, insanın inkişafı elə bir prosesdir ki, onu dörd əsas hissəyə və yaxud parametrə bölmək olar: fiziki inkişaf, informasiya almaqla inkişaf, emosional inkişaf və ictimai inkişaf. Bu parametrlərin hər birinin inkişafın xüsusi bir tərəfini göstərməsinə baxmayaraq, onların arasında mühüm qarşılıqlı asılılıq mövcuddur. Misal üçün, informasiya almaq məharəti ola bilsin ki, uşağın fiziki, emosional və ictimai təcrübə inkişafı ilə bağlı olmasın. Kifayət dərəcədə cismi, emosional (ruhi) sağlamlığa malik olan uşaqlar müxtǝlif, rəngarəng ictimai faktlarla qarşılaşır, daha çox ziddiyyətli mövqedə olan uşaqlardan bir çox şeylər öyrənirlər.
Tədqiqatçıların hesab etdiyi kimi, ictimai inkişaf həyatın öyrǝnilməsindən, informasiyasını dərk edilməsindən və emosional (ruhi, hissi) əks təsirlərdən bəhrələnir və onun əsasında formalaşır. Nəticədə hər bir parametr başqa bir parametrin inikası kimi qiymətləndirilə bilər.
Bizim bu günki həyatımız əvvəlcə baş vermiş hadisələrdən təsirlənmiş olur. Psixoloqlar, xüsusilə uşaqlığın ilk çağlarında olan təcrübələrin fərdin sonrakı mərhələlərdəki həyatının mərhələlərində harmoniyalaşmasına təsir etdiyini göstərirlər.
Araşdırmalar göstərir ki, ailədə uşaqların ilk təcrübələri onun böyük yaşlarında pessimizm ya digər psixoloji problemləri ilə əlaqədardır [2]. Pərişan, kədərli adamla adətən kədərli olmayan adamlardan fərqləndirən hal kimi daha çox valideynlərinin kənarlaşdırıcı, biganə, haqsız olduğu qeyd edilir. Öz valideynlərinin evlənməsini uğursuz sayan adamlarda valideynlərinin evlənmələrini uğurlu sayan adamlarla müqayisədə daha çox psixoloji problemlər müşahidə olunur və onlar həyatdan daha az razı olduqlarını bildirirlər. 64-74 yaşlı 367 nəfər arasında müsahibə şəklində aparılan bir tədqiqatda nəticələr göstərmişdir ki, bu adamların valideynləri ilə olan ilk təcrübələri onların yaşlı dövründəki sağlamlıqlarına təsir göstərmişdir [2].
Südəmər vaxtından yeniyetmə yaşınadək orta təbəqədən olan 75 uşaq üzərində uzun müddət aparılan tədqiqat göstərmişdir ki, uşaqlar həddən-ziyadə çox kobud və düşmən xarakterli olmuş, onların emosiyaları mənfi olmuşdur (iztirab, kədər ya biganəlik hissi) və yeniyetmə yaşlarında onlar daha az emosional və ictimai harmoniyaya malik olmuşlar [3].
Bu tədqiqatçılar onların emosional raftarları vasitəsilə hələ uşaqlıq çağlarında yeniyetmələrin harmoniyasını əvvəldən görə bilmişdilər. Buna görə də vaxtından əvvəl müdaxilə etmək sonrakı rəftar və harmoniyalaşma problemlərini yaxşılaşdırmağa imkan yaradır. Bu tədqiqatlar sonrakı ictimai rəftarları ilkin əxlaq və xarakter nümunələrini göstərən başqa tǝdqatlarla eynidir [4, s.23-24].
Uşaqlar məhəbbətlə dünyaya gəlirlər. Amma onun ifadə tərzi elə bir məharətdir ki, onu sonralar öyrənirlər [4, s.21-23]. Bu mənada valideyn-övlad münasibətlərinin psixoloji tərəfləri ailənin bütün inkişaf mərhələlərində formalaşır və uşağın sosiallaşma prosesində mühüm rol oynayır.
Valideynin rəftarı, təfəkkür təzi uşağın rəftarının formalaşmasına və xarakter xüsusiyyətlərinə mühüm təsir göstərir. Bir çox böyük şəxsiyyətlər öz valideynləri ilə çox yaxşı və dost əlaqələrə malik olmuşlar. Valideynlə övladlar arasında olan yaxşı münasibətlər uşaqlarda şad əhvali-ruhiyyə və az nigarançılığın yaranmasına səbəb olmuşdur.
Valideynlərlə övladlar arasında qarşılıqlı hörmət və məhəbbətin olması ən yaxşı əlaqə göstəricisi hesab olunur. Etimad və təhlükəsizlik hissləri, uşaqların valideynlərlə məsləhətləşməyə və onlara müraciət etməyə cürət etməsi valideynlə övladlar arasında olan bəyənilmiş və qəbul olunmuş mühüm göstəricilər hesab olunur. Bəyənilmiş və azad əlaqə ailədə elə əlverişli mühit yaradır ki, uşaqlar onun sayəsində tam azad şəkildə öz istəklərini bəyan edir və elə bir şəxsiyyət təkamülünə çatırlar ki, uğurlu şəkildə həyatın cürbəcür amilləri ilə harmoniyalaşırlar, həvəslə, rəğbətlə ailə məsuliyyətlərini qəbul edirlər.
Digər bir tərəfdən isə öz övladıarı ilə düzgün və xoşaqələn münasibəti olmayan valideyn uşaqların valideyndən soyumasına səbəb olur. Valideynin qayğısı və məhəbbətindən məhrum olan uşaqlar çalışırlar ki, hər cür mümkün vasitə ilə öz çatışmamazlıqlarını aradan qaldırsın. Belə uşaqlar artıq dərəcədə başqalarının razılığını, məhəbbətini, diqqətini cəlb etməyə çalışır. Ailədə psixoloji iqlimin pozulması uşaqların təhsilinin inkişafına mənfi təsir göstərir. Ailədə keçmə keşin, gərginliyin olması, fiziki və emosional, mənəvi zərbələr, valideyn tərəfindən uşaqların kənarlaşdırılması, onun tərbiyə olunmasına səhlənkarlığı, tənqid edilməsi, uşağın təhlükəsizliyinə qarşı düşmən münasibət uşaqların izzəti nəfsini zəiflədir, onda iztirabın, gərginliyin və qorxunun yaranmasına səbəb olur, uşaqların təhsildə müvəffəqiyyətləri qarşısında maneələr yaradır. Boşanma da manfi bir haldır və uşaqların ağrılı haya canlarının təhrik olunmasına, özlərinin itirməsinə, inamsızlığına sabab olur [5]. Uşaqların çoxu təxminən bir il ərzində yenidən öz müvazinətlərini əldə edirlər, öz normal zehni inkişaflarını dayandırırlar. Lakin bu ilkin stress, ola bilsin ki, uşaqların nisbətən şiddətli dərəcədə emosional və ictimai gərginliyinə çevirilir, onun təhsilinə mənfi təsir göstərir [6]. Boşanmanın uzunmüddətli təsirləri uşağın ictimai, emosional və qavrama inkişafına mənfi təsir göstərir.
Ümumiyyətlə, valideyinliyin keyfiyyət xüsusiyyətləri və ailə münasibətləri uşaqların ictimai, psixoloji harmoniyasına və təhsilinə hom milli adət-ənənələrlə qurulan ailələrdə və həm də qeyri-milli adət-ənənələrlə qurulan ailələrdə olsun çox güclü təsir göstərir. Tək valideynli uşaqlar boşanmış ailələrdə yaşayırlar və, hər iki valideyni olan ailələrdə yaşayan uşaqlarla müqayisədə, onların davranışlarında problemlər yüksək olur, onlar ictimai işlərdə, təhsil müvəf fəqiyyətində, özlərini anlamaqda ən aşağı göstəricilərə malik olurlar. Tǝk valideynli ailələrdə böyuyən uşaqlar, xüsusilə anası ikinci dəfə ərə getməmişdirsə, hər iki valideyni ilə birgə yaşayan uşaqlarla müqayisədə daha çox yoxsul vəziyyətdə yaşayırlar. Onların təhsil müvəffəqiyyəti zəif olur, çoxu məktəbdən xaric olunurlar [1]. Bundan əlavə onlar arasında emosional, davranışlarında, həmçinin sağlamlıqlarında, xəstəliyə qarşı həssas olmalarında problemlər yaranır, hətta onlarda zəhərlənmə halları belə daha çox olur [2].
Həyatın stress törədici hadisələri və onun ananın psixoloji sağlamlığına təsiri təkvalideynli uşağı ikivalideynli olan uşaqlara nisbətən çox fərqli dərəcədə təsir altına salır. Problemlər yaradan rəftarlanın azalma dərəcəsi tək valideynli uşaqlarda stres halları yüksək hǝtta, onların ictimai işlərə yararlığı va tahsil səviyyələri çox aşağı həddə olur. Yaxşı iqtisadi manbaya malik olan ailələrin uşaqları və
uşaqların təhsilindən daha yaxşı nəticələr gözləyən ailələr təhsildə daha çox yaxşı, sabit fəaliyyət göstərirlər[5, s.195-198].
Ela ki, uşaq valideynlərindən biri ilə və ya valideyni əvəz edənlərin biri ilə daha çox bağlılıq alda etdi, onlar arasında olan uzunmüddətli ayrılıq ona daha çox mənfi təsir göstərir.
Məhrumluq dövrü nə qədər uzun olarsa, bu təsir daha çox özünü göstərmiş olur. Deyildiyi kimi, bu cür uşaqlar bir növ pessimizm hisslərinə və qapalı olmaq hissinǝ düçar olur, quru, qaşqabaqlı və ruhsuz olurlar, isti-səmimi üflət göstərmir, sədaqətli dost olmur, lütfükar ola bilmirlər.
Bəzi uşaqlar valideynlərinin yanında böyüməsinə baxmayaraq, valideynlər uşaqların ehtiyaclarını eşq və məhəbbətlə yerinə yetirə bilmədikdə və onları təhlükələrdən qoruya bilmədikdə, valideynlərdən. məhrum olmaq dərəcəsinə düçar olurlar. Uşağını istəməyən valideyn onu özündən kənarlaşdırır, ya da onu kifayət dərəcədə qoruya bilmir, sanki döğrudanda onu tark etmiş olur, başlı-başına buraxır, onu valideyndən məhrum olmağa düçar edir [5, s.213-214]. Aşağı təbəqə aşağı təhsil va daha az gəlirə malikdir. Burada aşağı ictimai vəziyyətə malik olan
ailələrin uşaqların ehtimal olunan təlim-tərbiyə şəraitinin təsirini orta təbəqənin uşaqların həyatı ilə muqayisə edən tədqiqatçılar göstərmişlər ki, aşağı gəlir, qeyri-münasib həyat şəraiti, qeyri-münasib məhəllələrdə məskunlaşmaq yaşamaq deməkdir. Bu yerlərdə cinayət göstəricisi yüksək olur, ictimai-sosial və ailə problemləri də maksimum həddə olur. Bu ailələrə kifayət dərəcədə tibbi xidmət göstərilmir, ölüm-itim halları çox olur, fiziki və psixi xəstəliklərə mübtəla olmaq faizi də yüksəkdir. Təsadüfi ölüm halları, intihar və qətllər də çox olur. Ərdə olmayan cavan hamilə anaların və sairələrin çox olması ehtimalı vardır. Alkoqollu içkilərdən və başqa zərərli maddələrdən istifadə olunur, ha- miləliyin qarşısının alınması gözlənilmir. Buna görə də tez doğulan və patologiyalı uşaqların dünyaya gəlməsi halları baş verir və onlara ülfət bağlamaq çox çətin olur. Bu vəziyyətin nəticələrindən biri uşaqlara əziyyət verilməsidir [3].
Aşağı ictimai-iqtisadi səviyyəyə malik olan ailələr əvvəlcədən nəzərdə tutulmayan hadisələrin burulğanında xəstəliklər, peşəsin, işini itirmək, başqa təhlükələrə düçar olmaq, müxtəlif qanunla bağlı çətinliklərə düşmək, təhsil çətinlikləri və digər ailə problemləri burulğanına düşüb onların əsiri olurlar. Aşağı gəlirə malik olmaq mülkiyyətin sığortası, qocalıq və sağlamlıq sığortasının aşağı olması ehtimalı mənasındadır.
Aşağı ictimai-iqtisadi vəziyyətə malik olan ailələr özlərini müdafiə etmək və öz əsas ehtiyaclarını ödəmək üçün çox çalışmalı olurlar. Bu ailələr, adətən, tək valideynli ailələrdir və bu cür ailələrdə ata daha foal rola malik deyil və övladların qorunub saxlanılmasında fəal rol oynayırlar [4]. Belə bir həyat şəraiti nəticəsində aşağı ictimai-iqtisadi vəziyyətə malik olan ailələr daha çox stres və iztirab keçirirlər və bu stres onların öz vəzifələrini yerinə yetirməsi tərzinə xeyli təsir göstərir. Aşağı ictimai-iqtisadi təbəqədən olan 585 uşağın üzərində aparılan tədqiqat göstərdi ki, uşaqların sosiallaşma prosesinə təsir göstərən mühüm amillər aşağıdakılardır: ictimai-iqtisadi vəziyyat şiddətli tənbeh olunması, ananın səmimi ünsiyyətinin olmaması, böyük yaşlıların kobud hərəkətləri ilə təmasda olmaq, kobud hərəkətlərin dəyərləndirməsi, ailədə stres yaradan amillərdən ananın ictimai himayəsinin olmaması, davamlı-səbatlı yaşıdlar kollektivinin olmaması və təhrikedici öyrənmənin olmaması. Bu 8 ictimailəşmə (harmoniyalaşma) faktoru uşağın sosiallaşmasını müəyyən edir [4 s.239].
Son illərdə alkoqollu adamların övladlarının problemlərinə va alkoqol istifadə olunan ailələrdə uşaqların tərbiyəsinə xüsusi diqqət yetirilir. Alkoqola meyilli insanların uşaqları həm uşaqlıq dövründə, həm yeniyetmə, həm də böyük yaş dövründə müxtəlif növ stres va raftar problemlərinə mübtəla olmaq təhlükəsinə məruz qalırlar.
Alkoqollu adamların uşaqları irsi alkoqolizmə düçar olmaq təhlükəsi ilə üzləşirlər.
Xüsusilə, ata və oğul arasında. münasibət olduqda oğlanın özü alkoqolizmə yuvarlanması təhlükəsi ilə üzləşir [6]. Alkoqollu adamların özləri hətta anadan olarkan. övladlığa götürülmüş olsalar da, valideynin alkoqollu olub-olmamasından asılı olmayaraq qeyri-alkoqol olmayan şəxslərdən dörd dəfəl çox alkoqolizma düçar olmaq ehtimalına malik olurlar.
Rüşeymin-embrionun alkoqollu olması əlamətlərindən biri anaların hamiləlik dövründə alkoqol sui-istifadə etməsi mühüm amillərdən biridir. Bu uşaqlar psixoloji cəhətdən müalicə olunmaq təhlükəsi ilə uzlaşməli olurlar. (Rossa və əməkdaşları 1993). Pərişanlıq, iztirab, çətin rəftarlar alkoqol adamların övladları arasında geniş yayılmışdır (Tubman 1993). Bəzi əldə edilən nəticələrdə təklif olunur ki, valideynin alkoqol olması ola bilsin ki, uşağın idrak inkişafına, zərif hərəkətlər etməsi nǝ (rassamlıq, tətbiqi, incisənət uzrə əl işləri görməsinə), zehni inkişafına, ictimai inkişafına (kollektiv idman oyunları yerinə yetirməsinə) təsir etsin.
Alkoqolçu valideynlər ictimaiyyətə zidd hərəkət edərlərsə ya pərişanlıqdan əziyyət çəkərlərsə, uşaqları ictimaiyyəti tanımağa, dərk etməyə lazımi həyəcana təhrik edə bilməzlər və ona lazımi təcrübələr verə bilməzlər (Nol və əməkdaşları, 1992). Alkoqolizmin valideynə və ailəyə təsiri elədir ki, valideyn-övlad əxlaq normalarının və ər-arvad əlaqələrinin pozulmasına səbəb olur. (Tubman 1993). Alkoqolizmə düçar olmuş ailədə ittifaqın olmasını, müsbət unsiyyətin yaranmasını, xoşagələn əlaqələrin mövcud olmasını aradan qaldırır və uşaqlarda ictimaiyyətə zidd rəftarlara, stresə çevirilir. İstirahət günləri zamanı ailənin bir yerə toplanması mərasimlari valideynlərdən birinin məst olması ilə dağılır. Beləliklə, hətta xoş vaxtlar belə stresin, keçməkeşin yaranmasına səbəb olur. Alkoqola düçar olmuş ailələrdə tərbiyə üsulu davamlı və səbatlı deyil, valideynin istiqamətləndirməsi və himayəsi aradan qaldırır.
Ədəbiyyat:
- Əhədi Həsən. İnkişaf psixologiyası. Yeniyetmə və cavanlıq çağları psixologiyasının əsas məfhumları. Tehran, 1999 (fars di- lində)
- Kerrin V. İnkişaf psixologi- yasının öncülləri. Tehran, 1994 (fars dilində)
- Biller R. Təhsil zamanı psixologiyanın tətbiqi. Tehran, 1988 (fars dilində)
4.F.Filip Rays. İnsanın inkişafı, anadan olandan ölümədən inkişafin psixologiyası. Tehran, 2008 (fars dilində)
- Kartles C. Uşaqlara ictimai məharətlərin aşılanması. Tehran, 2007 (fars dilində)
- Moris Revez. Tərbiyənin mərhələləri. Tehran, 1974 (fars dilində)
- Vəziriyan Möhsun və başqaları. Narkotik maddələrdən sui-istifadə edənlərin müalicəsi. 4-cü çap. Tehran, 2003 (fars dilində)
Müəllif: Bakı Dövlət Universitetininpsixologiya kafedrasının aspirantı Nəstərən Həsənli