Category: Xəbərlər

Xəbərlər

Azərbaycan müəllimlərinin XVI qurultayında  MilliMəclisin Elm və təhsil komitəsinin sədri, professor BəxtiyarƏliyevin çıxışının tam mətni

Azərbaycan müəllimlərinin XVI qurultayı çox əlamətdar dövrdəkeçirilir. Birincisi, Ulu Öndər Heydər Əliyevin anadanolmasının 100 illik yubileyi dərin hörmət və ehtiramla qeydedildiyi 2023-cü ildə Azərbaycan müəllimlərinin XVI Qurultayının Ümummilli Lider Heydər Əliyevin 100 illikyubileyinə həsr edilməsi ən doğru qərardır. Çünki “HeydərƏliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarındanuğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyəqovuşdurmuş qüdrətli şəxsiyyətdir.  İkincisi, Azərbaycan Respublikası öz müstəqilliyini əldəetdikdən sonra ilk dəfədir ki, müəllimlərin qurultayıErmənistanın işğalına son qoyularaq ərazilərimizin bütövlüyü vəsuverenliyi tam təmin edildikdən sonra keçirilir. Qəbilədüşüncəli erməni tayfasının viran qoyduğu, amma azad edilərək”ağıllı şəhər” kimi yenidən qurulan Şuşada, Laçında, Fizulidə, Zəngilanda, Cəbrayılda yeni məktəblərdə şagirdlərimizmüəllimlərinin dəstəyi ilə yeni bilik, bacarıq və səriştələrəyiyələnirlər. Məcburi köçkün düşmüş bütün məktəblərimizmərhələli şəkildə Qarabağa və Şərqi Zəngəzura – doğma yurdaqayıdır. Gələn il isə azad Xankəndi şəhərində QarabağUniversiteti fəaliyyətə başlayacaq. Böyük Qayıdışa dair I Dövlət proqramının icrasına 2024-cü ilindövlət büdcəsində 4 milyard manat vəsaitin ayrılması tezlikləazad edilmiş ərazilərin, cənab Prezidentin dediyi kimi, cənnətəçevriləcəyini göstərir. Hər bir vətəndaş kimi müəllimlərin də ən böyük arzusu işğalaltında olan ata-baba yurdumuzun azad edilməsi idi. Şagirdlərinidə bu ruhda tərbiyə edirdilər. Və 44 Günlük Vətən müharibəsibaşlayanda müəllimlərimiz Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin komandanlığı altında silaha sarılaraq döyüşmeydanında geriyə bir addım belə atmadan öz şagirdləri iləçiyin-çiyinə qəhrəmanlıqla döyüşdülər. Ən böyük arzularınaçatdılar və Zəfər tarixini yazdılar. Onlardan 20 nəfər şəhidlikzirvəsinə ucaldı. Budur Azərbaycan müəlliminin siması! Eşqolsun Azərbaycan müəlliminə! Bu mənada XVI Qurultayı müəllimlərin “Zəfər Qurultayı” daadlandıra bilərik. Əminəm ki, iki gün davam edəcək Qurultayın panel iclaslarındamüəllimlərimiz işgüzar, qarşılıqlı əməkdaşlıq şəraitində səmərəlifikir mübadiləsi aparacaq, qabaqcıl təcrübələri təhlil edəcək vətəhsilin inkişafı üçün dəyərli təkliflərlə çıxış edəcəklər. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə Müəllimlərin XI Qurultayında demişdi:  “Bizim hər birimiz bütünnailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hərbirimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Məndünyada müəllimdən şərəfli ad tanımıram”. Biz, müəllimlərimizə borcluyuk və onlara ən yüksək diqqət və qayğıgöstərilməlidir. Təklif edirəm ki, Böyük Azərbaycan xalqını təhsilləndirənAzərbaycan müəlliminə verilən fəxri ad “Xalq Müəllimi” fəxriadı olsun. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Təhsil həyatımızınən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, millimənafelər əsasında qurulmalıdır”. Bu məqsədlərə xidmət edəntəhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü ilə həyata keçirilməyə başladı. Tam əminliklə deyəbilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraquğurla həyata keçirilən təhsil siyasəti bu sahədə ciddi dönüş vəinkişafı təmin etmişdir. Prezident İlham Əliyevin “maddi dəyərlərin, iqtisadi potensialıninsan kapitalına çevrilməsi” siyasətinə uyğun olaraq həyatakeçirilən təhsil islahatları, qarşıya qoyulan vəzifələrin ardıcılsurətdə həlli, təhsil sahəsində genişmiqyaslı dövlətproqramlarının icrası keyfiyyətli təhsil sisteminin yaradılmasınatəminat yaradır. Azərbaycan təhsilində sistemli islahatların uğuru həm də busahəyə dövlət tərəfindən ayrılan vəsaitin həcmi ilə şərtlənir. Təhsilə ayrılan xərclərin həcmi ölkənin ümumi iqtisadiinkişafına uyğun olaraq son 20 ildə təqribən 10 dəfə artıb. 2024-cü il üçün təhsil xərclərinin 4549,9 milyon manata çatdırılmasıproqnozlaşdırılır. Bu büdcə gələn il ali təhsilə əlçatanlığın genişləndirilməsinə(dövlət hesabına qəbul yerlərinin-10645 nəfər, təqaüdlərinartırılması-10284 nəfər və s.), peşə təhsilinin keyfiyyətininartırılmasına, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsininböyüməsinə, məktəbəhazırlığa cəlb edilənlərin sayınınartırılmasına və təhsilverənlərin sosial müdafiəsinin mərhələlişəkildə gücləndirilməsinə imkan verəcəkdir. Təhsil Tələbə Kredit Fondunun vəsaitləri 8,0 milyon manatartırılaraq 118,0 milyon manata çatdırılacaqdır. Təklif edirəm ki, Təhsil Tələbə Kredit Fondunun vəsaitləri təhsilalanların təkcətəhsil haqlarının qarşılanması üçün deyil, həm də həssasqrupdan olan təhsilalanların təhsillə bağlı digər xərclərininödənilməsinə də yönləndirilsin. Çünki bəzi hallarda həssas qrupdan olan şəxslər təhsillə bağlıdigər xərcləri qarşılamaqda maliyyə çətinliyi ilə üzləşirlər vətəhsil almaqdan imtina etməyə məcbur olurlar. Elm xərcləri 2024-cü il üçün 228,8 milyon manataçatdırılacaqdır. Hesab edirik ki, bilik iqtisadiyyatınınformalaşmasında nəticəyönümlü elmi araşdırmaların və elmiyeniliklərin mühüm rolunu nəzərə alaraq, elmə ayrılan vəsaitinstrukturuna yenidən baxılmalı, elmi tədqiqatlar nəticəyönümlülayihələr və məqsədli proqramlar əsasındamaliyyələşdirilməlidir. Son 20 ildə təhsilin qanunvericilik bazası

Read More »

Online Qeydiyyat