Konsaltinq xidməti
Şirkətin gördüyü fəaliyyətindən məhsuldar nəticə əldə edərək uğur qazanması orada işləyən insanların işdən məmnuniyyəti, iş mühitindəki rifah səviyyəsi, həmçinin depressiya, təşviş səviyyəsi, iş yerində yaranan çətin və gərgin situasiyalarda stresə davamlılıq səviyyəsi bu xüsusda olduqca əhəmiyyətli rol oynayır.
Bu sahədə tədbirlərin görülməməsi, işçilərin rifah, iş məmnunluğu, həmçinin stresə davamlılıq səviyyəsinin aşağı enməsinə, depressiya, stress və təşviş səviyyəsinin yüksəlməsinə səbəb ola bilər ki, bu həm işçinin, həm də çalışdığı şirkətin fəaliyyətinə və məhsuldarlığına ciddi şəkildə təsir göstərəcəkdir.
Hansı xidmətləri təklif edirik?
Rəhbər və işçilərin diaqnostik dəyərləndirilməsinin aparılması üçün seçilən xüsusi şkalalar və şəxsi məlumatları özündə əks etdirən anket vasitəsilə əldə olunan informasiya əsasında onların psixoloji vəziyyəti dəyərləndiriləcəkdir (Pre-test).
Psixoloji dəyərləndirmə əsasında işçilərin psixoloji profilləri yaradılacaq və onların rifah və psixoloji davamlılıq səviyyəsinin azalmasına və əksinə, depressiya, stress, təşvişə meylliliyinin artmasına səbəb olan faktorlar göz qabağında olacaqdır. Bu şirkətə gələcək fəaliyyətində nəzərə almalı olduğu məqamları aydın şəkildə göstərərək onun davamlı, məhsuldar inkişafını təmin edəcəkdir.
Risk qruplarının müəyyənləşdirilməsi və əldə olunan bu nəticələr əsasında psixoloji problemlərin profilaktikası və korreksiyasına istiqamətlənmiş treninq və görüşlərin təşkili olduqca böyük əhəmiyyət kəsb edir
Treninqlərin təşkili prosesində pre&post-testlər həyata keçiriləcəkdir. İşçilərin ilkin psixoloji dəyərləndirilməsi aparıldıqdan sonra ortaya çıxan ehtiyaclara uyğun şəkildə treninqlər təşkil olunacaqdır. Treninqlər bitdikdən sonra posttest (yenidən dəyərləndirilmə) keçiriləcək və əldə olunan nəticələrlə müqayisə olunacaqdır
Paketlər
İŞÇİLƏRİN RİFAHI
İş insanın psixi sağlamlığını qoruyan amillərdən biri hesab olunsa belə, potensial zərərə də səbəb ola bilir. Belə ki, təhlükəsiz və sağlam iş mühiti insanın psixi sağlamlığını dəstəkləyir, psixi sağlamlığın yüksək səviyyədə olması isə insanlara məhsuldar işləməyə imkan versə də, qeyri-sağlam iş mühiti psixi sağlamlığa xələl gətirir və psixi sağlamlığı pozulmuş şəxs dəstəksiz qaldığı halda iş qabiliyyətini itirə bilir. İş qabiliyyətini itirən və ya məhsuldarlıq səviyyəsi azalmış, öz işindən zövq almayan işçilər şirkətin davamlı iqtisadi inkişafına, məhsuldarlığına töhfə verə bilməyəcəkdir.
İşçilərin rifahı nə üçün önəmlidir?
Qlobal miqyasda əmək qabiliyyəti olan şəxslərin 15%-i psixi pozuntularla yaşayır
Effektiv həll yolları və dəstək olmadan insanda özünəinam hissinin, işdən həzz alma və işləmə qabiliyyətinin azalması, işdən kənarda qalma və məşğulluqdan uzaqlaşma halları müşahidə olunur.
2019-da aparılan statistik nəticələrə görə,
301 milyon insan təşviş, 280 milyon insan isə depressiya ilə yaşayır. Bu hallar insanların gündəlik həyatına və iş qabiliyyətinə mənfi təsir göstərir, lakin düzgün dəstək və müalicə ilə idarə oluna bilər.
2019-cu ildə 703.000 insan intihar nəticəsində həyatını itirmişdir
İntihar halları psixi sağlamlıq problemlərindən qaynaqlanır və vaxtında dəstək göstərilməsi bu rəqəmi azaltmağa kömək edə bilər.
Depressiya və təşviş ilə əlaqədar olaraq hər il 12 milyard iş günü itirilir
Bu psixoloji halların insanların məhsuldarlığına neqativ təsiri qlobal iqtisadiyyata 1 trilyon dollar ziyan verir
Pre-testlər apardıqdan sonra Psixoloji profilin yaradılması
İş insanın psixi sağlamlığını qoruyan amillərdən biri hesab olunsa belə, potensial zərərə də səbəb ola bilir. Belə ki, təhlükəsiz və sağlam iş mühiti insanın psixi sağlamlığını dəstəkləyir, psixi sağlamlığın yüksək səviyyədə olması isə insanlara məhsuldar işləməyə imkan versə də, qeyri-sağlam iş mühiti psixi sağlamlığa xələl gətirir və psixi sağlamlığı pozulmuş şəxs dəstəksiz qaldığı halda iş qabiliyyətini itirə bilir. İş qabiliyyətini itirən və ya məhsuldarlıq səviyyəsi azalmış, öz işindən zövq almayan işçilər şirkətin davamlı iqtisadi inkişafına, məhsuldarlığına töhfə verə bilməyəcəkdir.
Korreksiya işləri
Risk qruplarının müəyyənləşdirilməsi və əldə olunan bu nəticələr əsasında psixoloji problemlərin profilaktikası və korreksiyasına istiqamətlənmiş treninq və görüşlərin təşkili olduqca böyük əhəmiyyət kəsb edir.
Treninqlərin təşkili
Psixoloji xidmətin göstərilməsi
Cihazlar (VR, QEEG) vasitəsilə neyropsixoloji terapiya
Post-testlərin keçirilməsi
POST-TEST
Seçilən dəyərləndirmə testləri vasitəsilə işçilərin aldıqları xidmət sonrası (Təlim, psixoterapiya) psixoloji vəziyyətinin təkrarən yoxlanılması
MÜQAYİSƏ
Xidmətdən öncə aparılan pre-test və xidmət sonrası aparılan post-testlərdən əldə olunan nəticələrin müqayisəsi ilə xidmətin keyfiyyəti müəyyən olunacaqdır.