10.11.2018-ci il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutu ilk təlimini izləyicilərinə təqdim etdi. Psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyevin təqdimatında “Özünüdərk və Etnopsixologiya” təlimi keçirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutunda Respublikanın Baş Narkoloqu, psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Araz Manuçöhri Lalei, Narınc Psixologiya Mərkəzinin Xalqlar Dostluğu filialının icraçı direktoru, psixoloq Təranə Kazımlı və mərkəzin bir sıra əməkdaşları ilə işgüzar görüş keçirildi.
21 noyabr 2018-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi Könüllü Fəaliyyət Proqramına iki mərhələdən ibarət (sənəd qəbulu və müsahibə) seçim turu başa çatdı.
25.11.2018-ci il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda İnkişaf və Yaş Psixologiyası Şöbəsi tərəfindən “Dislaliya və onun korreksiyası” təlimi təşkil olundu. Defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında keçirilən təlim iki hissədən ibarət olub nəzəriyyə və praktikanı özündə birləşdirdi.
25 noyabr 2018-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Nəzəri və Eksperimental Psixologiya” şöbəsi tərəfindən “Somatoform və Diaqnostikasında Çətinlik Yaradan Digər Psixi Pozuntular” mövzusunda həkim-psixiatr Orxan Fərəclinin təqdimatında 5 saat müddətində davam edən təlim təşkil olundu.
01 dekabr 2018-ci il tarixində Psixologiya Elmi -Tədqiqat İnstitutunda psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyevin təqdimatında “Psixologiyaya Giriş” kursunun ilk modulu keçirildi.
2018-ci ilin dekabr ayında Orxan Şahbazın RE-BRAİN Şəxsi İnkişaf təlimi baş tutdu.
09 dekabr 2018-ci il tarixində “Pİ-TALK” layihəsi çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun təqdimatında “Ailə psixologiyası” mövzusunda təlim baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Mickeys House” uşaq bağçasının ortaq layihəsi çərçivəsində 11.12.2018-ci il tarixində ilk görüş keçirildi.
15.12.2018-ci il tarixində BDU-nun Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəsləfə doktoru, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında “Uğura gedən yolda pozitiv düşüncənin rolu” adlı təlim keçirildi.
2018-ci il dekabr ayında Narınc Psixologiya Mərkəzinin 9-cu mikrorayon filialının “İnkişaf və Yaş Psixologiyası” şöbəsinin müdiri, psixoloq Türkan Mikayıllının təqdimatında “Uşaqlar niyə danışmır?” təlimi baş tutdu.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi, Texnologiya və Dizayn fakültəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə tələbələrlə görüşərək “Düşüncələrimizin həyatımıza təsiri” mövzusunda çıxış etdi.
23 Dekabr 2018-cil il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycanda ilk dəfə “Tələbə Psixoloqların I Ümumrespublika Konfransı” keçirildi.
Konfransda 5 peşəkar spikerin – Araz Manuçöhri-Lalei, Mələk Kərimova, Orxan Oruc, Narınc Rüstəmova və Gülər Məmmədovanın – təqdimatında müxtəlif mövzuda maraqlı təqdimatlar və workshoplar keçirildi.
2018-ci il dekabr ayında Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilən konfransda Xəzər Universiteti Psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru, psixoloq Mələk Kərimova çıxış etdi.
2018-ci il dekabr ayında Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilən konfransda Respublikanın Baş Narkoloqu, psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Araz Manuçöhri Lalei “Asılıqların həyatımıza təsiri”ndən danışdı.
2018-ci il dekabr ayında Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilən konfransda “Gənc Psixoloqlar “ İctimai Birliyinin sədri Orxan Oruc “Stressiz həyat mümkündürmü?”mövzusunda çıxış etdi.
2018-ci il dekabr ayında Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçirilən konfransda Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova “NLP-də xarakter tipləri” mövzusunda maraqlı workshop-nu təqdim etdi.
2018-ci il dekabr ayında Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasının müəllimi Gülər Məmmədova “Özgüvən və motivasiya” mövzusunda maraqlı workshop-nu təqdim etdi.
2018-ci ilin dekabr ayında Psixo – Help layihəsi çərçivəsində, Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin psixoloqu Fuad Əsədovun təqdimatında “Panik Pozuntular” seminarı baş tutdu.