Ümumi və eksperimental psixologiya

Ümumi və eksperimental psixologiya şöbəsi 2018-ci ildə yaradılmışdır. Şöbə bir neçə istiqamətdə fəaliyyət göstərir. Bu istiqamətlərə ümumi, elmi, təhsil, maarifləndirici, konsultativ işlər daxildir.

Şöbədə XXI əsrin fundamental və tətbiqi problemlərinə aid tədqiqat işləri aparılır, həmçinin elmi seminarlar keçirilir. Elmi əsərlər (tezis, məqalə, konfrans materialı, monoqrafiya, dərslik və dərs vəsaitləri, metodik vəsaitlər və s.) hazırlanır.

Şöbə əməkdaşları yenidənhazırlanma təhsili üzrə təlim-tədris fəaliyyətində fəal iştirak edir, müxtəlif məzmunlu kurslar, təlimlər (o cümlədən, seminar, simpozium, konfrans, forum və s.-ni) təşkil edir və həyata keçirir.

Şöbənin nəzdində Beyin və Davranış və Testlərin Adaptasiyası laboratoriyaları fəaliyyət göstərir.

Şöbə müdiri,
Psixologiya üzrə fəlsəfə doktoru, dosent
Məhərrəm Sabir oğlu Əliyev

  • Ümumi və eksperimental psixologiya şöbəsi 2018-ci ilin sonunda yaradılmışdır.
  • Hal-hazırda şöbəyə psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Sabir oğlu Əliyev rəhbərlik edir.
  • Şöbənin nəzdində Beyin və Davranış Laboratoriyası və Testlərin Adaptasiyası Laboratoriyası fəaliyyət göstərir.
  • Şöbənin əməkdaşları:

Əlaqə

Ünvan:
Ziya Bünyadov, 38
1072, Bakı, Azərbaycan
Psixologiya Elmi-Tədqiqat İnstitutu
Ümumi və eksperimental psixologiya şöbəsi

Tel.: (+994)12 563-00-44
E-mail: [email protected]

Online Qeydiyyat