03 yanvar tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Xidmət və Reablitasiya Mərkəzinin psixoloqu Ruhiyyə Rüstəmovanın təqdimatında “PsixoHelp” layihəsinin 2019-cu il üçün “Boşanma və boşanmadan sonraki mərhələ” mövzusunda ilk seminarı təşkil edildi.

05.01.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasının əməkdaşları ilə görüş keçirildi. Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi Psixologiya” kafedrasının müdirü, psixol.ü.e.d., professor Ramiz Əliyev və həmin kafedranın əməkdaşları iştirak etdilər.

08.01.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssislərilə görüş keçirilmişdir.

09.01.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda, institutun nəzdində yeni fəaliyyətə başlamış Nəzəri və Eksperimental Psixologiya Şöbəsinin əməkdaşları ilə görüş keçirildi.

11.01.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Psixo – Help” layihəsi çərçivəsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Xəyalə Zaliyevanın təqdimatında “Mən və cəmiyyətdəki yerim” mövzulu seminar keçirildi.

11.01.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda, 12.01.2019 – 13.01.2019 tarixlərində baş tutacaq “İnnovativ Psixologiya” təlimini tədris edəcək olan Yıldız Teknik Universitesi Eğitim fakültesi Eğitim Bilimleri bölümü, Psikolojik Danışma ve Rehberlik Anabilim Dalı Başkanı ve PDR İstanbul Şube Başkanı, Prof.Dr. Mehmet Engin Denizin, institutun əməkdaşları ilə görüşü baş tutdu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Prof.Dr.Mehmet Engin Denizin təqdimatında iki günlük “İnnovativ Psixologiya” Təlimi uğurla başa çatdı.

19.01.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda, institutun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyevin təqdimatında “İntiharın 7-li Preventiv Modeli” adlı seminar baş tutdu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 22.01.2019-cu il tarixdə, Psixo-Help layihəsi çərçivəsində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Səbinə Ələkbərovanın təqdimatında “Güvən və özgüvən” adlı seminar baş tutdu.

22.01.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda, institutun nəzdində fəaliyyət göstərən şöbələrlə görüş keçirildi. Görüşdə institutun sədri, psixoloq Elnur Rüstəmov, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev, Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva, psixoterapevt Kənan Rəhimov, Marketinq şöbəsinin rəhbəri Orxan Şahbaz, həmin şöbənin mütəxəssisləri və institutun digər əməkdaşları iştirak etmişlər. Görüşdə hər bir şöbənin fəaliyyət planı, qarşısında duran vəzifələr və həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edildi.

25.01.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İB və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Məktəb Psixoloqlarının l Ümumrespublika Konfransı” keçirildi. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu, “Məktəblinin Dostu” və “Sağlam Təhsil Sağlam Millət” layihələri ilə qarşılıqlı əməkdaşlıq zəminində baş tutdu. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Təntənəli açılış mərasimində Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin inkişafı üzrə Dövlət Strategiyasının strateji istiqamət və hədəflərindən çıxış edərək məktəblərdə psixoloji xidmətin təşkilinə və psixoloqların praktik fəaliyyətinə dair məsələlərə toxundu.

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev çıxış edərək, Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaradılmasında verdiyi böyük dəstəyə və “Məktəb Psixoloqlarının l Ümumrespublika Konfransı”nın baş tutmasına görə Təhsil Nazirliyinə təşəkkürünü bildirdi.

29.01.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Könüllü Fəaliyyət Proqramının üzvlərilə görüş keçirildi. Görüşdə institutun sədri Elnur Rüstəmov, institutun nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixol.e.d. Elxan Bəylərov, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva, Marketinq şöbəsinin və institutun əməkdaşları iştirak etdilər.

30.01.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda, institutun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin əməkdaşları ilə görüş keçirildi.

25.01.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İB və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı”nın bölmə iclasında “Sağlam Təhsil, Sağlam Millət” layihəsinin psixoloqu Aynur Bünyatova “Praktik psixoloqun işində metaforik kartlardan istifadə metodu” mövzusunda workshop keçirdi.

“Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün təlimlər keçirildi. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirildi.

19.02.2019-cu il tarixində üç ay müddətində Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçəcək Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə institutumuzda görüş keçirildi.

“Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün təlimlər keçirildi. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirildi.

20.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Fuad Əsədov Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə “Sosial münasibətlərin psixofizioloji əsasları” mövzusunda təlim keçdi.

23.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin layihəsi olan “Qorxu və fobiyaların aradan qaldırılmasına müxtəlif psixoloji yanaşmalar” mövzusunda simpozium keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Psixologiya Elmi-Tədqiqat İnstitutun rəhbəri Elnur Rüstəmov açılış nitqi ilə çıxış etdi.

Daha sonra ardıcıllıqla institutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin müdiri, psixoterapevt Kənan Rəhimov “Qorxu və fobiyaların aradan qaldırılmasına psixoanalitik yanaşma”, Bakı Mühəndislik Universitetinin baş müəllimi Hüseyn Xəlilov “Uşaq və yeniyetmələrin sosiallaşmasına təsir edən qorxu və fobiyalarla mübarizə yolları”, institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva “Koqnitiv-davranışçı terapiyada qorxu və fobiyaların aradan qaldırılması”, psixoloq, rəssam Asəf Kərimov “Qorxu və fobiyaların aradan qaldırılmasında art-terapiya” və institutun nəzdində fəaliyyət göstərən Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyev “Neyrolinqvistik proqramlaşdırmada qorxu və fobiyalar: tərifi və aradan qaldırılması yolları” mövzusunda məruzə edərək, workshoplar təqdim etdilər.

İnteraktiv keçən simpoziumun sonunda institutun rəhbəri Elnur Rüstəmov qapanış nitqi səsləndirərək spikerlərə təşəkkürünü bildirib onlara TƏŞƏKKÜRNAMƏ təqdim etdi, həmçinin simpozium iştirakçılarına uğurlar arzu edərək onlara SERTİFİKAT təqdim etdi.

28.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Humanitar Kollecinin müəllim və tələbə heyəti üçün təlim baş tutdu. “Özünü kəşf” adlı təlim Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında keçirildi.

03.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və Pedaqoji Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Edison Quliyevin təqdimatında “Psixologiya və Cəmiyyətin İctimai Praktikası” mövzusunda müzakirə saatı keçirildi.

09.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Məktəb psixoloqlarının peşəkar inkişafı” layihəsi çərçivəsində Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov və psixologiya üzrə fəlsəfə doktoru, yaşam lideri, uşaq psixoloqu Aynur Bünyatovanın təqdimatında”UŞAQLARDA DAVRANIŞ POZUNTULARININ PROFİLAKTİKASI VƏ KORREKSİYASI” mövzusunda təlim keçirildi.

“Psixologiya və insan resurslarının idarə edilməsi” forumu baş tutdu.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov “Psixologiya Elmi-Tədqiqat İnstitutunun strukturları, insan resurslarının idarə edilməsində psixologiyanın potensialı və perspektivləri” mövzusu ilə öz təqdimatını etdi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin müdiri, psixoterapevt Kənan Rəhimov “Kompetensiyalar modelinin tətbiqi” mövzusu ilə öz təqdimatını etdi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Gülay Şəkərxanlının təqdimatında “Uşaq tərbiyəsində mükafatlandırma və cəza” adlı praktik təlimi baş tutdu.

16 mart 2019-cu il tarixində Psixologiya Elmi-tədqiqat İnstitutunda “Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu keçirildi.

17.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Gülay Şəkərxanlının təqdimatında “Uşaq tərbiyəsində mükafatlandırma və cəza” adlı praktik təlim baş tutdu.

01.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “UŞAQLARLA GƏLƏN GƏLƏCƏK” adlı elmi-praktik konfrans keçirildi.

9 İyun 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu.

16.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Burn-out sindromu” mövzusuna həsr olunmuş simpozium keçirildi.

29.06.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda psixiatr Orxan Fərəclinin təqdimatında “Klinik psixologiya” kursunun ilk modulu baş tutdu.

05.07.2019-cu il tarixində institutumuzda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün təşkil olunmuş “ŞƏXSİYYƏT TİPLƏRİ” kursunun ilk dərsi klinik psixoloq Türkan Əliyeva tərəfindən keçirildi.

“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə Azərbaycan Respublikası Təhsil nazirinin 14.08.2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə bağlı 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə Pedaqoji mühazirələr təşkil olundu.

25-26 İyul 2019 tarixlərində Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun təqdimatında, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilati dəstəyilə “Psixologiya Zirvəsi: Problemlər, Perspektivlər və Yeni Yanaşmalar” Beynəlxalq Konfransı keçirildi. Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutan və iki gün müddətində davam edən konfrans ümumilikdə 16 spiker olmaqla, 12 nəfər yerli və 6 nəfər xarici mütəxəssisi öz ətrafında birləşdirdi.

İnstitutumuzda 29.06.2019 tarixində başlayan, psixiatr Orxan Fərəclinin təqdimatında tədris olunan “Klinik psixologiya” kursu 07.09.2019-cu il tarixində uğurla başa çatdı. Nəzəriyyə və praktikanı özündə birləşdirən kurs 9 modul üzrə 27 saat müddətində davam etdi.

Kurs proqramının sonunda hər bir iştirakçıya SERTİFİKAT təqdim olundu.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu Xəyalə Zalıyeva tərəfindən Könüllü Fəaliyyət Proqramının üzvləri üçün tədris olunan “Praktik psixologiya” kursunun növbəti dərsi baş tutdu. Bu dəfə Xəyalə xanım “Obsessiv-kompulsiv pozuntuların diaqnostikası və korreksiyasında istifadə olunan psixoterapevtik texnikalar” mövzusunu tədris etdi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Gülər Zaman tərəfindən Könüllü Fəaliyyət Proqramının üzvləri üçün “Klinik müsahibə” mövzusunda təlim tədris olundu.

28.09.2019-cu il tarixində Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu baş tutdu. Kursu tədris edən, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu Aydan Xasməmmədzadə ilk dərsdə kurs iştirakçılarına Koqnitiv Bihevioral Terapiyanın məqsədi, istifadə imkanları haqqında ətraflı izah verdi, onların suallarını cavablandırdı.

27 sentyabr 2019-cu il tarixində Yardımlı Rayon Təhsil Şöbəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Məktəbdə psixoloji xidmətə dəstək” mövzusunda regional konfrans-seminar keçirildi.

Valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım məqsədilə təşkil olunan “ÖYRƏNƏK VƏ YARDIM EDƏK” adlı Xeyriyyə Seminarı 05.10.2019-cu il tarixində baş tutdu.

Seminarda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş Aydan Xasməmmədzadə “Asılılığın psixologiyası”, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının doktorantı Gülər Məmmədova “Cinsi problemlərə psixoloji yanaşma”, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Əli Xəlilov “Motivasiya və məqsədli davranış: psixoloji yanaşma” mövzuları ilə çıxış edib iştirakçılarla praktik çalışmalar işlədilər.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun ikinci modulu 05.10.2019-cu il tarixində baş tutdu.

Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin tədris etdiyi Koqnitiv Bihevioral Terapiya Kursunun lll modulu 12.10.2019-cu il tarixində baş tutdu.

21.10.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Loqopediya Kursu başladı. Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, peşəkar defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında tədris olunan kursun ilk dərsində iştirakçılara Loqopediya haqqında ilkin məlumatlar verildi, nitqin ilkin müayinəsi və diaqnozun təyin olunması, nitq qüsurlarının növləri mövzularına yer verildi.

22.10.2019-cu il tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin təqdimatında “Ümumi psixologiya” kursu start götürdü.

26.10.2019-cu il tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, eyni zamanda Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadənin təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya Kursunun 5-ci modulu baş tutdu.

26.10.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Sosial Psixologiya şöbəsinin təşəbbüsü ilə Bakı Qızlar Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru, NLP üzrə praktik Ramil Mirzəyevin təqdimatında “Bədən dili və qeyri-verbal ünsiyyət mədəniyyəti” seminarı keçirildi.

Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursu baş tutdu.

02.11.2019-cu il tarixində institutumuzda Elmi-Psixoloji Layihələrin İdarə Edilməsi Şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramına əsaslanaraq hazırlanmış “Klinik psixologiya” kursu başladı.

02.11.2019-cu il tarixində institutumuzda başlayan növbəti kurs Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərovun təqdimatında Məktəb Psixoloqlarının Peşəkar İnkişafı Kursu oldu.

Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursu 04.11.2019-cu il tarixində başladı.

28.09.2019cu il tarixində başlayan, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis, həkim-psixoterapevt Aydan Xasməmmədzadənin təqdimatında tədris olunan Koqnitiv Bihevioral Terapiya kursu 09.11.2019-cu il tarixində başa çatdı.

lll Könüllü Fəaliyyət Qrupumuzun üzvləri üçün təşkil olunmuş Psixoloji Təkmilləşmə Kursunun növbəti dərsi Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Nuranə Salmanlının təqdimatında baş tutan “Psixosomatika və psixosomatik xəstəliklər” mövzusuna həsr olundu.

21.12.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ilin son konfransı – “Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı” baş tutdu.

İnstitutumuzda tədris olunan Uşaq Psixologiyası Kursunun növbəti praktik dərsi 16.12.2019-cu il tarixində baş tutdu. Kursun VIl modulu Narınc Psixologiya Mərkəzinin baş uşaq psixoloqu Aydan Nəzərova tərəfindən tədris olundu.

02.11.2019-cu il tarixində başlayan, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov tərəfindən tədris olunan Məktəb Psixoloqlarının Peşəkar İnkişafı kursu 29.11.2019-cu il tarixində başa çatdı.

Noyabr ayında institutumuzda “Psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılığın tibbi-psixoloji aspektləri, profilaktika, korreksiya, terapiya və reabilitasiyasının əsas mexanizmləri” mövzusuna həsr olunmuş seminar baş tutdu.

Seminarda Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Günay Əliyeva, Bakı Dövlət Universitetinin Sosial Psixologiya üzrə doktorantı, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Bakı Dövlət Universitetinin Tibbi Psixologiya üzrə doktorantı, psixoterapevt Kiyan Javadi Tarziloo və Mərkəzi Gömrük Hospitalının bariatrik və metabolik cərrahı, professor Mojteba Hashemzada mövzu ilə bağlı öz maraqlı məruzələrilə çıxış etdilər.

23.11.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Azad Ruhun Psixologiyası” adlı elmi-psixoloji konfrans keçirildi.

28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu. Türkiyədən dəvət olunmuş uzman klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında baş tutan təlimdə psixoterapiyanın nəzəriyyələri, psixoterapiyada tətbiq olunan əsas texnikalar praktik məşğələlərlə öyrənildi. 3 saatlıq praktik təlimin sonunda iştirakçılara Sertifikatlar təqdim edildi.

Online Qeydiyyat