Azərbaycanlı psixoloqların məqaləsi beynəlxalq indeksli jurnalda çap olunub
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru ElnurRüstəmov və institutun elmi-tədqiqat qrupunun üzvləri Ülkər Zalova-Nuriyeva, Mələk Allahverdiyeva, Təhmasib Abbasov, Gülay Məmmədzadə və NarıncRüstəmovanın həmmüəlifi olduqları “Akademik effektivlik, akademikprokrastinasiya və rifah: geniş Azərbaycan nümunəsi ilə vasitəçilik modeli” (Academic self-efficacy, academic procrastination, and well-being: a mediation model with large sample of Azerbaijan) adlı məqalə bir çox beynəlxalq elmibazalarda indekslənən “International Online Journal of Primary Education”jurnalının 12-ci sayında çap edilib. Tədqiqata 1657 yeniyetmə cəlb olunub. Məqalədə yeniyetmələrin akademikgöstəricilərinə təsir edən amillər, onların öyrənmə prosesində şəxsi effektivlik vəprokrastinasiya (ertələmə) arasında əlaqə və bu məsələyə münasibətləri araşdırılıb. Nəticələr göstərir ki, yeniyetmələr öyrənmənin özlərində müsbət təsirlərinigörərlərsə, dəslərinə qarşı daha az təxirə salma, ertələmə davranışları sərgiləyərlər, bu da onların akademik rifahını, eləcə də özünəgüvənini artırar. Məqalə ilə daha ətraflı aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz. https://www.iojpe.org/index.php/iojpe/article/view/269