Tarixçə

“Psixologiya Elmi-Tədqiqat İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti “Müasir Azərbaycan Psixoloqlar” İctimai Birliyi tərəfindən təsis edilmiş və 2018-ci ildə Bakı şəhərində fəaliyyətə başlamışdır.  Fəaliyyətə başladığı tarixdən bugünədək Psixologiya Elmi-Tədqiqat İnstitutu elmi-nəzəri və praktik sahədə xeyli əhəmiyyətli işlər həyata keçirmişdir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu Azərbaycanda psixologiya elminin inkişafına təkan vermək, dünya standartlarına uyğun psixoloji elmi-tədqiqat işləri, yerli psixoloji məlumatların statistik işlənilməsi, elmi psixoloji ekspertizaların təşkili və həyata keçirilməsi, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, cəmiyyətə, o cümlədən fiziki və hüquqi şəxslərə peşəkar psixoloji xidmətin göstərilməsi məqsədilə yaradılmışdır.

Əsas fəaliyyət sahələri aşağıdakılardır:

  • Psixologiya sahəsində fundamental, tətbiqi və eksperimantal elmi tədqiqatların aparılması;
  • Peşəkar Kadr Hazırlığı və Sertifikasiya;
  • Yerli və beynəlxalq təlimlər, treninqlər, kurslar, konfranslar və simpoziumların təşkili;
  • Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin fəaliyyəti;
  • Elmi-Psixoloji Ekspertizaların təşkili və keçirilməsi;
  • Elmi Kitabxana və Nəşriyyat.

Psixologiya Elmi-Tədqiqat İnstitutuna fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov rəhbərlik edir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda Elmi və elmi-təşkilati məsələlərə Elmi Şura baxır. Elmi Şuraya sədrliyi institutun Elmi direktoru həyata keçirir.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 6 şöbə və 1 mərkəz fəaliyyət göstərir.

Şöbələr bunlardır: Elmi-Metodik, Nəzəri və eksperimental psixologiya, İnkişaf və yaş psixologiyası, Sosial psixologiya, Layihələr və korporativ əməkdaşlıqlar, Marketinq və ictimaiyyətlə əlaqələr.

Nəzəri və eksperimental psixologiya şöbəsi nəzdində Tədqiqat laboratoriyası yaradılmışdır. Həmin laboratoriya tədqiqat, diaqnoz və terapiya məqsədli ən innovativ avadanlıqlarla təchiz edilmişdir. Laboratoriyada aparılan işlər mütəmadi təhlil olunur, alınan nəticələrin əhəmiyyətliliyi riyazi-statistik üsullarla təsbit olunur.

Eyni zamanda, davamlı fəaliyyət göstərən Psixoloji xidmət və reabilitasiya mərkəzində əhaliyə peşəkar səviyyədə psixoloji xidmət göstərilir.

Psixologiya Elmi-Tədqiqat İnstitutu hər il “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinə ev sahibliyi edir. Pedaqoji təcrübə müddətində tələbələr müxtəlif seminarlara və təlimlərə qatılmaqla peşəkar bilik, bacarıq və vərdişlərini artırırlar, fərdi və qrup terapiyalarında iştirak edirlər, həmçinin institutun tədbirlərində fəal iştirak edirlər.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda əlavə təhsil çərçivəsində psixologiyanın bir çox tələb olunan istiqamətləri üzrə müxtəlif ixtisasartırma və yenidənhazırlanma kursları təşkil olunur. Həmin kurslarda həm yerli, həm də xarici peşəkar mütəxəssislər öz bilik və təcrübələrini gənc kadrlarla paylaşırlar.

Psixologiya Elmi-Tədqiqat İnstitutu həmçinin Könüllülük proqramını da mütəmadi həyata keçirir.

İstər ixtisasartırma və yenidənhazırlanma kursları, istərsə də könüllülük proqramı sayəsində peşəkar kadr hazırlığı yolunda xeyli işlər görülmüş və görülməkdədir.

Online Qeydiyyat