04.11.2019 tarixində başlayan, Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında tədris olunan Uşaq Psixologiyası Kursu 13.01.2020 tarixində başa çatıb.

2020-ci ilin ilk kursu – Praktik Psixologiya Kursu 18.01.2020 tarixində Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Səbinə Ələkbərova tərəfindən tədris olunmağa başlayıb.

18.01.2020 tarixində institutumuzda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının doktorantı, psixoloq Gülər Məmmədovanın təqdimatında “Ailədə cinsi münasibətlər psixologiyası” mövzusuna həsr olunmuş təlim keçirilib.

08.12.2019 – 26.01.2020 tarixləri arasında Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris olunan “Koqnitiv Bihevioral Terapiya” kursu baş tutub.

Yanvarın 30-da ötən dərs ilində keçirilən respublika pedaqoji mühazirə qaliblərinin mükafatlandırılması tədbiri keçirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, 107 müəllim diplom və tərifnamələrə layiq görülüb. Tərifnaməyə layiq görülənlər arasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva və Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi Ülviyyə Nəhmətova da olub.

04.02.2020 tarixində institutumuzda lV Könüllü Fəaliyyət qrupunun üzvləri üçün təlim keçirilib. Təlim “Nevrotik pozuntuların diaqnostikası və korreksiyası” mövzusuna həsr olunub və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında baş tutub.

lV Könüllü Fəaliyyət qrupunun üzvləri üçün növbəti təlim 06.02.2020 tarixində keçirilib. “Psixosomatik pozuntular” mövzusunda təlim Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı Nuranə Salmanlının təqdimatında baş tutub.

08.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda daha bir peşəkar kurs – “Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursu Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı Gülər Zamanın təqdimatında tədris olunmağa başlayib.

Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, LOGOCENTER Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyevanın təqdimatında 10 saatlıq “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının 1-ci modulu 14.02.2020 tarixində baş tutub.

 17.02.2020 tarixində üç ay müddətində təcrübə keçəcək Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib.

17.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Praktik Loqopediya Kursu . Narınc Psixologiya Mərkəzinin Loqopediya şöbəsinin müdiri, peşəkar defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında tədris olunmağa başlayıb.

14-15-16 fevral 2020 tarixlərində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassı keçirilib.

20.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Təkmilləşmə Kursunun 1-ci modulu baş tutdu. Kurs proqramı üzrə 1-ci modul Ümumi Psixologiya mövzusuna həsr olundu, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi Nigar Muradovanın təqdimatında tədris edilib.

02.11.2019 – 07.02.2020 tarixlərində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramı ilə tədris olunan Klinik Psixologiya Kursu keçilib.

07.03.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ilk dəfə olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunan Ailə Psixologiyası Kursu tədris olunmağa başlayıb.

29.02.2020 tarixində institutumuzda Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, HİPNOZ Psixologiya və Psixoloji Məsləhət Mərkəzinin rəhbəri, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında “Depressiyanın klinik-psixoloji mahiyyəti, yaranma səbəbləri və aradan qaldırılması yolları” təlimi baş tutub.

14.05.2020-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin müəllimi və psixologiya üzrə fəlsəfə proqramı üzrə doktorantı, psixoloq Mətanət Əliyevanın təqdimatında “Qrup Terapiya Texnikaları” mövzusunda online workshop keçirilib.

21.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin müəllimi, klinik psixoloq Mələk Allahverdiyevanın təqdimatında “Panik Pozuntunun müalicəsində zehni davranış terapiyası” mövzusunda online workshop keçirilib.

23.05.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “PSİXOTERAPİYAYA MÜXTƏLİF YANAŞMALAR” mövzusunda vebinar keçirilib.

Vebinarda hər biri öz sahəsində peşəkar olan 4 mütəxəssis müxtəlif mövzularda öz bilik və təcrübələrini iştirakçılarla paylaşdılar.

  1. Nərmin Quliyeva – Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq – “Geştalt Terapiya”;
  2. Nilufər Əlizadə – Xəzər Universitetinin Psixologiya Departamentinin müəllimi, klinik psixoloq – “Humanist Terapiya” 3. Fəxriyyə Nəsirzadə – İdman psixoloqu, klinik psixoloq – “Sxema (Şema) Terapiya”;
  3. Gülər Zaman – Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin mütəxəssisi, klinik psixoloq – “Koqnitiv Bihevioral Terapiya”.

23.05.2020 tarixində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında Könüllü Fəaliyyət Qrupunun üzvləri üçün Psixoloji Məsləhət kursu tədris olunmağa başlayıb.

04.06.2020 tarixində Türkiyədə fəaliyyət göstərən həmyerlimiz, idman psixoloqu, klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında Zoom proqramı vasitəsilə baş tutan vebinar “Sxema (Şema) Terapiya” mövzusuna həsr olunub.

Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində valideynlər, defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün inklüziv təhsil istiqamətində 16 – 20 iyun 2020-ci il tarixlərində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adı altında 5 günlük (12 saatlıq) ixtisasartırma kursu keçirilib.

Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən bir neçə rusdilli məktəb psixoloqlarına 25.06.2020 tarixində “ПОДРОСТКОВЫЙ ВОЗРАСТ (ОТ 10–11 ДО 14–15 ЛЕТ)” mövzusunda təlim tədris olunub.

24.07.2020 -26.07.2020 tarixlərində “Pozitiv psixoterapiyanın klinik problemlər üzərində tətbiqi” adlı masterclassı baş tutdu. Masterclass Sidney Universitetinin proqramı ilə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında Zoom proqramı vasitəsilə keçirilib.

31.07.2020 tarixində “METAFORİK ASSOSİATİV KARTLAR” mövzusunda növbəti vebinarımız Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, müəllimi, psixoloq Mətanət Əliyevanın təqdimatında Zoom proqramı vasitəsiləbaş tutub.

09.08.2020 tarixində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, Könüllü Fəaliyyət qrupunun rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında Könüllü Fəaliyyət qrupunun üzvləri üçün Ümumi Psixoterapiya kursu tədris olunmağa başlayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 21.09.2020 tarixində sosial izolyasiya qaydalarına əməl olunmaqla keçirilmiş “Peşəkar Psixoloq” Təcrübə Proqramının ilk dərsi Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, BDU-nun doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən tədris olunub.

23.09.2020 – 12.10.2020 tarixlərində Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın Amerika Psixoloqlar Assosiasiyasının yeni proqramı ilə fərdi tədris etdiyi Ümumi Psixoterapiya kursunun məzununa Sertifikat təqdim edilib.

12.11.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 20 saatlıq proqramı əhatə edən və 10 modul üzrə davam edəcək “Ailə Psixologiyası” kursu Elnur Rüstəmovun təqdimatında tədris olunmağa başlayıb.

17.11.2020 – 18.11.2020 tarixlərində “Pozitiv psixoterapiyanın klinik problemlər üzərində tətbiqi” adlı masterclassı Sidney Universitetinin proqramı ilə Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında baş tutub.

15.12.2020 tarixində Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində “Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimləri”nə start verilib.

19.12.2020 tarixində Zoom platforması üzərindən “Kəkələmə” mövzusunda növbəti maarifləndirici vebinarımız peşəkar defektoloq-loqoped Qönçə Ağayevanın təqdimatında baş tutub.

Online Qeydiyyat