MƏKTƏB PSİXOLOQLARININ I ÜMUMRESPUBLİKA KONFRANSININ İŞTİRAKÇISI OLUB (MEDİA).

Yanvarın 25-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Müasir Azərbaycan Psixoloqları İB və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Məktəb Psixoloqlarının I Ümumrespublika Konfransı” keçirilib. Məktəbimizin psixoloqu Maniyeva Aygün bu konfransın iştirakçısı olub. Konfransda ixtisasartırma və yenidən hazırlanma, məktəb psixoloqlarının hazırlığı, məktəbdə psixoloji xidmətə yeni baxış, sağlam təhsildə psixogigiyena, psixoloq hazırlığı, ruhda “kağız kəsiyi” izlər, məktəbdə aşkar olunan psixoloji problemlər, təxəyyül məktəbinə keçid mövzularında məruzələr dinlənilib. Azərbaycan Psixoloqları İctimai Birliyinin İdarə heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev yekun nitq söyləyərək konfrans iştirakçılarına təşəkkürünü bildirib və məktəb psixoloqlarına işlərində uğurlar arzulayıb. Konfrans öz işini plenar iclaslarla başa çatdırıb. Maniyeva Aygün bu konfransda iştirakına görə sertifikatla təltif olunub.O, həmçinin “Ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimi” üzrə təhsil kursunda da iştirak edərək sertifikat alıb. Bu münasibətlə onu təbrik edir, gələcək işlərində nailiyyətlər arzulayırıq.

Mənbə : https://bakimektebleri.edu.az/156/az/news/read/74326

Son məqalələr

Online Qeydiyyat