“İçimizdəki titrəşimlərə… Səslərdən sonsuzluğa” muzterapiya konfransı

“İçimizdəki titrəşimlərə… Səslərdən sonsuzluğa” muzterapiya konfransı

12.02.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda “İçimizdəki titrəşimlərə… Səslərdən sonsuzluğa” adlı muzterapiya konfransı keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Psixologiya Elmi-Tədqiqat İnstitututunun sədri Elnur Rüstəmov açılış nitqi edərək qonaqları salamladı və konfransa uğurlar dilədi. Ardınca konfransda iştirak edən fəxri qonaqlara söz verildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi psixologiya kafedrası”nın müdiri, psixologiya elmləri doktoru, professor Ramiz Əliyev, pedaqogika elmlər doktoru, Bakı Dövlət Universitetinin “Sosial elmlər və Psixologiya” fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, kimya elmləri üzrə fəlsəfə doktoru Rəfiq Qəndilov və Azərbaycan Respublikasının əməkdar müəllimi, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov öz təbrik və dəstək çıxışlarını səsləndirdilər. Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və Yaş Fiziologiyası şöbəsinin böyük elmi işçisi, dissertant, musiqişünas Bahar Bəylərova-Ələkbərovaya söz verildi və o, öz çıxışında konfransın məram və məqsədindən, əsas məzmunundan danışdı. Sonra isə təqdimatlara keçid edildi. İlk olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov “Musiqi – Kainatın universal dili” mövzusunda təqdimatla çıxış etdi. Ardınca Azərbaycan Respublikası xalq artisti, Natiq ritm qrupunun rəhbəri Natiq Şirinov milli ritmlər haqqında məlumat verdi, bir ustad dərsi nümunəsi göstərdi, həyatımızda düzgün ritmlərin səslənməsinin fiziki və ruhsal sağlamlığımız üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladı. Bundan sonra spiker Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və Yaş Fiziologiyası şöbəsinin böyük elmi işçisi, dissertant, musiqişünas Bahar Bəylərova-Ələkbərova “Musiqinin intellekt sahələrinin inkişafına təsiri” mövzusunda çıxış etdi. Növbəti təqdimatda isə Müasir Psixologiya Mərkəzinin baş psixoloqu, müdir müavini, Rulisten proqramının tətbiqçisi Aidə Nəbiyeva – “Tomatis metodu əsasında Rulisten metodu” mözvusuna toxundu və meditasiya təşkil etdi. Son çıxış isə Türkiyədən qonaq qismində dəvət olunmuş sənətşünaslıq doktoru, musiqişünas, TSB səs və nəfəs terapisti Züleyxa Abdullayevanın təqimatında baş tutdu. Musiqişünas öz çıxışında imkan və əhatə dairəsi haqqında məlumat verdi və musiqi terapiyası təqdim etdi. Yekunda iştirakçılar konfransa dair öz fikirlərini bildirdilər. Bununla da konfrans yekunlaşdı. Sonda isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov qapanış nitqi səsləndirərək konfrans iştirakçılarına təşəkkürünü bildirdi, qonaqları isə fəxri fərmanla təltif etdi.

Son məqalələr

Online Qeydiyyat