“UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA” praktik təlimi

"UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA" praktik təlimi

17.03.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Gülay Şəkərxanlının təqdimatında “UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA” adlı praktik təlim baş tutdu. 
Uşaq tərbiyəsində istifadə edilən metodlar, ailədə düzgün disiplin, mükafatlandırma və cəza sisteminin düzgün tətbiqetmə qaydaları və texnikaları, düzgün davranış modelinin qurulmasından bəhs edən təlim, iştirakçıların da aktiv iştirakı ilə, sual-cavab, qarşılıqlı diskussiya şəklində davam etdi. Təlimin sonunda iştirakçılara SERTİFİKAT təqdim edildi.
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, uğurlu keçən təlim üçün Gülay xanıma təşəkkürümüzü bildirir, bütün iştirakçılara uğurlar diləyirik.

Son məqalələr

Online Qeydiyyat