“Şəxsiyyətin formalaşmasında məktəb-ailə birliyi mühüm amil kimi” konfransı

"Şəxsiyyətin formalaşmasında məktəb-ailə birliyi mühüm amil kimi" konfransı

23.04.2019-cu il tarixində 232 nömrəli tam orta məktəbdə “Şəxsiyyətin formalaşmasında məktəb-ailə birliyi mühüm amil kimi”- mövzusunda konfrans keçirilmişdir.
232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, AMEA Fəlsəfə İnstitutunun Sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, Milli qəhrəman Məzahir Rüstəmovun anası Rəfiqə Rüstəmovanın iştirak etdiyi konfransda məktəb direktoru Məhluqə Əzizovanın rəsmi dəvət məktubu əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov məruzəçi qismində çıxış etmişdir. 
Konfransın həyata keçirilməsində əsas məqsəd məktəb-valideyn əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında yenidən qurulması və təkmilləşdirilməsi, müəllim və valideynləri şagirdlərin yaş dövrləri ilə bağlı böhran halları və onların mümkün qədər rahat keçməsi ilə bağlı maarifləndirmə, müəllim-şagird, şagird-şagird, müəllim-valideyn, valideyn-şagird münasibətləri ilə bağlı, böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafında azərbaycançılıq ideyalarına sadiq vətəndaş-şəxsiyyət kimi formalaşmasında məktəb-ailə birliyinin mühüm amil olması haqqında maarifləndirmək olmuşdur. 
Elnur Rüstəmov həmin konfransın məqsədini əsas tutaraq məktəbdə sağlam psixoloji mühitin yaradılması mövqeyindən çıxış etmiş, daha sonra müəllim və valideynlərin suallarını cavablandırmışdır. 
Biz də Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq dəvət üçün Məhluqə xanıma təşəkkürümüzü bildiririk!

Son məqalələr

Online Qeydiyyat