“Psixoloji Məsləhətə Giriş” kursu (Modul 2)

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi “PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ” KURSU-nun 2-ci Moduluna dəvət edir. Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov və institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyeva tərəfindən tədris ediləcək 2-ci Modul qeyd olunan mövzuları əhatə edəcəkdir:
1. Psixoloqla müraciət edən şəxs arasında konsultativ əlaqə və onun psixoloji məsləhətə təsiri;
2. Müraciət edən şəxslə ilk görüş;
3.Psixoloji məsləhət prosesində empatiya və terapevtik münasibətin formalaşdırılma üsulları;
4. Psixoloji məsləhət prosesində problemin dəyərləndirilməsi- psixodiaqnostika və klinik müsahibə. MODUL 2. 04.05.2019-cu il tarixində saat 12:00-16:00-da baş tutacaq. Modulun ödənişi 40 AZN, tələbələrə ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 30 AZN təşkil edir. Tam kursun ödənişi 160 AZN, tələbələrə xüsusi güzəştlə 120 AZN təşkil edir. Bir və ya bir neçə modulda iştirak edənlərə İŞTİRAK SƏNƏDİ, tam kursu bitirənlərə SERTİFİKAT təqdim olunacaqdır. Qeyd edək ki, tam kursda iştirak edənlərə müəllifləri Elnur Rüstəmov və Nərmin Quliyeva olan PSİXOLOJİ MƏSLƏHƏTƏ GİRİŞ kitabı HƏDİYYƏ EDİLƏCƏK.
İştirak etmək üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Bizimlə əlaqə: 070 268 27 08 ( what’s app da aktivdir)

Son məqalələr

Online Qeydiyyat