06.05.2019-cu il tarixində Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan və institutumuzda praktik təcrübə keçən IV kurs tələbələri təcrübə proqramına əsasən öncədən müəyyən olunmuş mövzular üzrə təqdimat etdilər.
Təqdimatda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru Nərmin Quliyeva, mərkəzin mütəxəssisləri Səbinə Ələkbərova və Aytən Əlizadə iştirak etdilər.
Təcrübəçi tələbələr ayrı-ayrı qruplar şəklində “Piaje, Freyd və Eriksonun inkişaf dövrlərinin qarşılaşdırılması”; “Gender bərabərliyinin psixoloji aspektləri”; Teksas Qətliami filminin xarakterlərinin psixoloji analizi”; “Davranış pozuntularının növləri və əsas xarakterik xüsusiyyətləri”; “Psixoanalizdə müdafiə mexanizmləri”; “Adlerin Natamamlıq Kompleksinin araşdırılması” və “Pozitiv psixologiya” mövzularında təqdimat edib onlara verilən sualları cavablandırdılar.
Təcrübəçi tələbələrimizə məsuliyyətlə hazırlanmış gözəl təqdimatlar üçün təşəkkürümüzü bildirir və onlara uğurlar arzu edirik.