Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi Müqəddəs Ramazan Bayramı münasibətilə 3 İyun 2019 tarixində ÖDƏNİŞSİZ DİAQNOSTİKA həyata keçirdi. Saat 10:00-dan 17:00-a qədər davam edən diaqnostikada 50-yə yaxın müraciət edən şəxs diaqnostikadan keçdi, həmçinin ilkin müayinədən sonra problemə uyğun olaraq psixoloqa yönləndirildi. Müəyyən edilən diaqnoza əsasən psixoloq rəyi alıb, problemi və onun həlli istiqamətində məlumatlandırıldı.