21.06.2019-cu il tarixində institutumuzda psixoloq, rəssam Asəf Kərimovun təqdimatında ART-TERAPİYA KURSUNUN beşinci modulu baş tutdu. 3 saat davam edən beşinci modulda iştirakçılara art-terapiyanın həyata keçirilməsi formaları, oyunlar, rəsm, rəng terapiyası, applikasiya, gil terapiyası, maskalar, qum terapiyası, mandala texnikası öyrədildi, struktur çalışmalardan istifadə olundu.
İştirak edən hər kəsin diqqət və marağını cəlb edən, uğurlu keçən növbəti dərs üçün psixoloq, rəssam Asəf Kərimova təşəkkürümüzü bildirir, iştirakçılara kursun növbəti modulunda görüşmək ümidilə uğurlar arzu edirik.
Məlumat üçün bildirək ki, ART-TERAPİYA KURSU-nun 28.06.2019-cu il tarixi, saat 16:00-19:00-da baş tutacaq 6-cı modulu üçün qeydiyyat artıq başlamışdır.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik.
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( what’s app da aktivdir).