“Klinik psixologiya” kursu

Psixologiya Elmi-Tədqiqat İnstitutu səhifədə keçirdiyi sorğunun nəticəsinə əsaslanıb sizin istəyinizi nəzərə alaraq KLİNİK PSİXOLOGİYA KURSU-nu təqdim edir.
Psixiatr Orxan Fərəclinin təqdimatında tədris ediləcək kurs 10 modul üzrə ümumi 30 saat davam edəcək.
l Modul 29.06.2019 tarixində saat 16:00-da baş tutacaq.
Kursun proqramını sizə təqdim edirik:
Modul 1. Klinik psixologiyaya giriş;
Klinik psixologiyanın ümumi müddəaları;
Klinik psixoloji müsahibənin aparılma qaydası;
Ümumi psixopatalogiya;
Klinik psixoloji diaqnostika metodları ( 3 saat). Modul 2. Şizofreniya, şizotipik və sayıqlama pozuntuları:
Şizofreniyanın psixodiaqnostik xüsusiyyətləri;
Şizofreniyanın tipləri;
Şizofreniyanın mərhələləri;
Şizotipal şəxsiyyət pozuntusunun əsas psixodiaqnostik xüsusiyyətləri;
Sayıqlama pozuntuları və onların növləri;
Müalicə metodları ( 3 saat). Modul 3. Əhval – ruhiyyə pozuntuları:
Depressiya;
Maniya;
Bipolyar pozuntu;
Həyəcan-təşviş pozuntusu;
Qorxular və fobiyalar;
Hipertimiya, hipotiniya;
Eyforiya və disforiya ( 3 saat). Modul 4.
Nevrotik, stresslə əlaqədar və somatoform pozuntular:
Nevrasteniya;
Obsessiv-kompulsiv pozuntular;
İsteriya;
Uşaqlarda nevrozların xüsusiyyətləri ( 3 saat). Modul 5.
Postravmatik stress pozuntusu;
Somatizasiya; Konversion pozuntular;
Bədən dismorfik pozuntusu ( 3 saat). Modul 6.
Spesifik şəxsiyyət pozuntuları:
Paranoid Şəxsiyyət pozuntusu;
Şizotipal şəxsiyyət pozuntusu;
Şizoid şəxsiyyət pozuntusu;
Antisosial Şəxsiyyət Pozuntusu;
Borderline Şəxsiyyət Pozuntusu ( 3 saat). Modul 7.
İsterik Şəxsiyyət Pozuntusu;
Narsisistik Şəxsiyyət Pozuntusu;
Utancaq Şəxsiyyət Pozuntusu;
Obsessiv-Kompulsiv Şəxsiyyət Pozuntusu;
Asılı Şəxsiyyət Pozuntusu;
( 3 saat). Modul 8.
Əqli gerilik-Oliqofreniya;
Oliqofreniyanın etioloji əsasları və formaları; Oliqofreniyanın reabilitasiyası( 3 saat). Modul 9. Seksual meyillərin pozuntuları (3 saat). Modul 10. Modullarla əlaqəli Film analizi (3 saat). KLİNİK PSİXOLOGİYA KURSU ödənişli əsaslarla tədris olunur.
Bir modul üçün ödəniş 30 AZN, tələbələrə ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 20 AZN təşkil edir.
ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08

Son məqalələr

Online Qeydiyyat