II Könüllü Fəaliyyət Qrupu – Qrup terapiyası (2)

10.07.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Könüllü Fəaliyyət Proqramının üzvləri üçün növbəti dəfə qrup terapiyası keçirildi.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, eyni zamanda Könüllü Fəaliyyət Qrupunun rəhbəri, psixoloq Nərmin Quliyeva tərəfindən keçirilən qrup terapiyası şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, ünsiyyət çətinliklərini aradan qaldırmaq, empati hissini gücləndirmək, problemləri birlikdə həll etmək və s. xidmət edir. Terapiya zamanı həmçinin könüllülərimizə qrup terapiyasının texnikaları öyrədilir. 
Könüllü Fəaliyyət Proqramının hər bir üzvü tərəfindən bəyənilən qrup terapiyası üçün Nərmin xanıma təşəkkürümüzü bildirir, könüllülərimizə uğurlar diləyirik.

Son məqalələr

Online Qeydiyyat