ADPU-da keçirilən Psixologiya zirvəsi beynəlxalq konfransı başa çatıb (Media).

ADPU-da keçirilən “Psixologiya zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq konfransı başa çatıb

Xəbər verdiyimiz kimi, iyulun 25-26-da “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyinin və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təqdimatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilati dəstəyi ilə universitetdə “Psixologiya zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” beynəlxalq konfransı keçirilib. Qeyd edək ki, 2 gün davam edən beynəlxalq konfrans ölkəmizin elmi-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilib.

İyulun 26-da konfransın təntənəli bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, “Müasir Azərbaycan Psixoloqları“ İctimai Birliyinin İdarə Heyətinin sədri, professor Bəxtiyar Əliyev çıxış edərək bildirib ki, bu beynəlxalq konfransın keçirilməsi ilə Azərbaycanda psixologiya elminin inkişafı naminə böyük bir yeniliyə imza atılıb. Belə ki, bu dəfə psixologiyanın zirvəsində dayanan peşəkarlar bir araya gələrək bu sahəni seçən və bu sahəyə maraq göstərənlər qarşısında maraqlı mövzularda çıxış ediblər. Böyük bir komandanın əməyi ilə təşkil olunan konfrans ölkəmizdə Psixologiya elmi sahəsində atılan mühüm bir addımdır. Kamil insan problemi bütün dövrlərdə aktual olub. Psixologiya elmi insanın kamilləşməsinə xidmət edir. Professor B.Əliyev konfransın yüksək səviyyədə keçirilməsinə verdiyi təşkilati dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova, Elm və innovasiyar üzrə prorektoru, professor Asəf Zamanova və eləcə də bu işdə əməyi keçən hər kəsə təşəkkür edib və onlara uğurlar arzulayıb.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Son məqalələr

Online Qeydiyyat