“Klinik Psixologiya” Kursu

29.06.2019 tarixində başlayan, psixiatr Orxan Fərəclinin təqdimatında tədris olunan Klinik Psixologiya Kursu 07.09.2019 tarixində uğurla başa çatdı. Nəzəriyyə və praktikanı özündə birləşdirən kurs 9 modul üzrə 27 saat müddətində davam etdi.
Kurs proqramının sonunda hər bir iştirakçıya SERTİFİKAT təqdim olundu.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq biz də kurs iştirakçılarının kurs proqramı çərçivəsində öyrəndiklərinin karyeraları üçün faydalı olacağına inanır, onlara uğurlar arzu edir, Orxan Fərəcliyə dərin təşəkkürümüzü bildiririk.

Son məqalələr

Online Qeydiyyat