ÖDƏNİŞSİZ DİAQNOSTİKA – psixodiaqnostika

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi ÖDƏNİŞSİZ DİAQNOSTİKA elan edir. Diaqnostika mərkəzin mütəxəssisləri: klinik psixoloq, Xəzər Universitetinin Psixologiya Departamentinin pedaqoqu, İtaliyada sinir elmləri üzrə uzmanlıq keçmiş mütəxəssis Aydan Xasməmmədzadə və Türkiyədə Hacettepe Universitetində ixtisaslaşmış uzman psixoloq Nəzrin Məmmədzadə tərəfindən aparılacaq.
Ödənişsiz diaqnostika yalnız 2 gün, 24-25 Oktyabr 2019 tarixlərində, saat 10:00-17:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda aparılacaq.
Psixoloji narahatlıqlarınızla bağlı peşəkar yardım almaq istəyirsinizsə, sizi bu fürsətdən yararlanmağa dəvət edirik.
Öncədən qeydiyyat mütləqdir!
Əlaqə nömrəsi: 055 257 27 00
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi – Narahatlığınıza peşəkar yanaşma!

Son məqalələr

Online Qeydiyyat