Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı

21.12.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda ilin son konfransı – “Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı” baş tutdu.
Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq 23.12.2018 tarixində keçirilən “Tələbə Psixoloqların l Ümumrespublika Konfransı” tələbə psixoloqlar, gənc alim və mütəxəssislərin böyük marağına səbəb olmuşdur. Bu səbəbdən “Tələbə Psixoloqların Ümumrespublika Konfransı” bu gün ikinci dəfə qürur hissi ilə təqdim edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova verildi.
Sədr konfrans iştirakçılarını salamlayaraq, zaman ayırıb konfransda iştirak edən hər kəsə təşəkkürünü bildirməklə öz çıxışına başladı.
Elnur Rüstəmov öz çıxışında “Tələbə Psixoloqların Ümumrespublika Konfransı”-nın ötən il baş tutduğunu, bu gün ikinci dəfə keçirildiyini və növbəti il də keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edərək əlavə etdi: “Konfransın məqsədi Azərbaycanda psixologiya elminin inkişafına təkan vermək, bu istiqamətdə tədqiqatların aparılmasına təşfiq etmək və bu işdə xüsusilə tələbə psixoloqların aktivliyini təmin etməkdir. Mən çox sevinirəm ki, bu işdə bizə Azərbaycanda psixologiya sahəsi üzrə kadrlar hazırlayan ali təhsil müəssisələri daim dəstək olurlar və eyni zamanda psixologiya üzrə təhsil alan tələbələrin institutumuzda təcrübə keçməsinə şərait yaradırlar”.
Sədr bu il Azərbaycanda psixologiya ilə bağlı çoxlu əlamətdar hadisələrin baş verdiyini qeyd edərək, 2019-cu ilin yanvarında Psixoloji Yardım haqqında qanunun qəbul edildiyini, həmçinin bu ilin yayında “Təhsil Qanunu”-na psixoloji xidmətin təşkili ilə bağlı dəyişiklik edildiyini və hər iki qanunun psixologiyanın inkişafına böyük dəstək verdiyini vurğuladı.
Elnur Rüstəmov konfransın işinə uğurlar arzu edərək çıxışını tamamladı.
Ardınca söz Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadəyə verildi.
Professor “Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı”nda iştirakından məmnunluğunu bildirərək çıxışına başladı, gənclərin, tələbə psixoloqların belə bir konfransda iştirak etməsinin böyük əhəmiyyətini qeyd etdi.
Hikmət Əlizadə “Psixologiya elminin geniş istiqamətləri vardır ki, onlardan biri də pedaqoji psixologiyadır. Təhsildə psixoloqun rolu böyükdür. Buna görə də tələbə psixoloqların bu cür konfranslarda iştirak edərək, bu sahədə yeni biliklər əldə etmələrinin böyük əhəmiyyəti vardır” -deyə çıxışına əlavə etdi, konfransın işinə müvəffəqiyyətlər arzu edərək çıxışını sonlandırdı.
Daha sonra söz AMEA-nın Fəlsəfə İnstitutunun Sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimovaya verildi.
Rəfiqə Əzimova institutun sədri Elnur Rüstəmova konfransa dəvəti üçün minnətdarlığını bildirərək çıxışına başladı.
Rəfiqə xanım qeyd etdi ki, “Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaranması böyük bir hadisədir. Alimlər və tədqiqatçılar üçün belə institutun yaranması zəmanənin tələbidir. Çünki 60-cı illərdən bəri görkəmli psixoloqlar formalaşır. Onlar indi də gələcək nəsillərin daha savadlı, daha təcrübəli mütəxəssislər kimi yetişməsi üçün istiqamətlər axtarırlar”.
“Psixologiyanı bilməyən adam yarımçıq adamdır” söyləyərək “İnsan özü özünü dəstəkləyə bilməsə, onu heç kim dəstəkləyə bilməz” – deyə fikrini əsaslandırdı, psixoloqların cəmiyyətdəki əhəmiyyətli rolundan bəhs edərək çıxışını davam etdirdi.
Çıxış üçün söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsil fakültəsinin dekanı, pedaqogika elmləri doktoru, professor Şəhla Əliyevaya verildi.
Şəhla xanım konfrans iştirakçılarını salamlayaraq öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun salam və təbriklərini çatdırdı. Ardınca Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaranmasının təqdirəlayiq hadisə olduğunu qeyd etdi, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığından məmnun olduğunu bildirdi.
Bu cür konfransların keçirilməsinin nə qədər sevindirici olduğunu vurğulayaraq konfransın işinə uğurlar arzu etdi.
Daha sonra söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, dosent Qızxanım Qəhrəmanovaya verildi.
Qızxanım Qəhrəmanova konfransa dəvət etməsindən dolayı institutun sədri Elnur Rüstəmova təşəkkürünü bildirdi, konfransa uğurlar arzu etdi.
Daha sonra söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Ramiz Əliyevə verildi.
Ramiz Əliyev çıxış edərək,
artıq ikinci dəfə “Tələbə Psixoloqların Ümumrespublika Konfransı”nda iştirak etdiyindən qürur hissi keçirdiyini bildirdi. Professor öz çıxışında cəmiyyətimizdə psixoloqa böyük ehtiyac olduğunu qeyd edib psixologiya üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişməsində bu cür elmi konfransların keçirilməsinin olduqca faydalı olduğunu qeyd etdi, “Nəzəriyyə, təcrübə və tətbiq”-in hər üçünün Psixologiya Elmi-Tədqiqat İnstitutunda birləşdiyini vurğuladı, institutun fəaliyyətinə, o cümlədən konfransa uğurlar arzu etdi.
Ardınca Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayıs Əliyevə söz verildi.
Mayıs Əliyev konfransın auditoriyasında çıxış etməsindən fəxarət hissi keçirdiyini bildirdi, tələbə psixoloqlara səslənərək seçdikləri sahədə daim öz üzərlərində işləmələrinin vacib olduğunu qeyd etdi, “Azərbaycanda psixoloji xidmətin səviyyəsini yüksəltmək sizin missiyanız olmalıdır”-deyə əlavə etdi. Mayıs Əliyev bu missiyanı layiqincə yerinə yetirməkdə tələbələrə uğurlar arzu edərək çıxışını sonlandırdı.
Təbrik nitqləri bitdikdən sonra “Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı”nda çıxış edərək öz bilik və təcrübələrini tələbə psixoloqlar və mütəxəssislərlə bölüşdüyü üçün məruzəçilərə : Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr, tibb elmləri doktoru, professor Fuad İsmayılov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov və institutun Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının baş müəllimi, NLP Təlimçisi, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyevə Təşəkkürnamə təqdim edildi.
“Tələbə Psixoloqların ll Ümumrespublika Konfransı” Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr, tibb elmləri doktoru, professor Fuad İsmayılovun təqdimatında “Psixoloji yardımda etik prinsiplər”,
institutun Nəzəri və Eksperimental Psixologiya şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının baş müəllimi, NLP Təlimçisi, psixologiya üzrə fəlsəfə doktoru Məhərrəm Əliyevin təqdimatında “Qeyri-tarazlıq psixologiyası: əsrin yeni konsepsiyası”, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun təqdimatında “İnteqrativ cəmiyyətdə ailə modeli: problemlər, perspektivlər” , Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında “Koqnitiv dissonans” mövzularında məruzələrilə davam etdi.
Konfransın sonunda bütün konfrans iştirakçılarına Sertifikat təqdim edildi, xatirə fotoları çəkdirildi.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq bu gün bizimlə birlikdə olan hər kəsə təşəkkürümüzü bildirir, uğurlar arzu edirik.

Son məqalələr

Online Qeydiyyat