28.12.2019 tarixində institutumuzda “Psixoterapiyanın texnikaları” adlı praktik təlim baş tutdu. Türkiyədən dəvət olunmuş uzman klinik psixoloq Fəxriyyə Nəsirzadənin təqdimatında baş tutan təlimdə psixoterapiyanın nəzəriyyələri, psixoterapiyada tətbiq olunan əsas texnikalar praktik məşğələlərlə öyrənildi.
3 saatlıq praktik təlimin sonunda iştirakçılara Sertifikat təqdim edildi.
İştirakçıların müsbət rəylərinə, xoş təəssüratlarına səbəb olan yeni biliklər və praktik texnikalarla zəngin təlim üçün Fəxriyyə xanıma təşəkkürümüzü bildirir, iştirakçılara uğurlar diləyirik!