“Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursu

Dostlar, yeni kursumuzun başlamasına bir neçə gün qaldı!
Psixologiya Elmi-Tədqiqat İnstitutu ilk dəfə olaraq “Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursunu təqdim edir!
Proqramı 24 saatı əhatə edən kurs hər biri 3 saat olmaqla 8 modul üzrə tədris ediləcək.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı Gülər Zamanın təqdimatında tədris ediləcək kurs hər həftənin şənbə günü saat 14:00-17:00-da baş tutacaq.
Kursu müvəffəqiyyətlə bitirənlərə Sertifikat təqdim ediləcək.
İştirak ödənişlidir.
İlk modul: 08.02.2020, saat 14:00
Kursun proqramı ilə tanış olmaq istəyənlərə proqram göndəriləcək.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat