Pİ-Live – “İnsanlarda güvən hissi”

Dəyərli dostlar, Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq Pİ-Live layihəsini yenidən təqdim edirik!
Belə ki, layihə çərçivəsində ayda 2 dəfə öz sahəsinin peşəkarı olan qonaqlarımızla birlikdə instagram vasitəsilə sizinlə canlı yayımda görüşəcək, hər dəfə fərqli mövzuda müzakirələr aparacaq, mövzu ilə bağlı sizin fikirlərinizi alıb ,həmçinin, suallarınızı cavablandıracağıq.
Pİ-Live layihəmizin növbəti canlı yayımı 13.02.2020, saat 13:00-da olacaq.
Qonağımız Psixologiya Elmi-Tədqiqat İnstitutunun Sosial Psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Alıyev ilə “İnsanlarda güvən hissi” mövzusunda müzakirə aparacaq, sizdən gələn sualları cavablandıracağıq.
Bizi izləməyi və suallarınızı ünvanlamağı unutmayın: @psixologiya_institutu

Son məqalələr

Online Qeydiyyat