“Qısamüddətli Həll Mərkəzli Terapiya” master class – Modul 3

Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, LOGOCENTER Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Mətanət Əliyevanın təqdimatında 10 saatlıq “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının 3-cü, sonuncu modulu 17.02.2020 tarixində baş tutdu.

Üçüncü modulda iştirakçılara həll mərkəzli yanaşmanın ailələrlə psixoloji iş zamanı tətbiqi texnikaları, həll mərkəzli terapiya sxeminin problemə müvafiq qurulması nəzəri və praktik cəhətdən öyrədildi, iştirakçılara qrup işləri tapşırıldı, workshop keçirildi.

Mətanət xanıma zəngin bilik və təcrübəsini iştirakçılarla paylaşdığı üçün dərin təşəkkürümüzü bildiririk, masterclass iştirakçılarımıza uğurlar diləyirik.

Son məqalələr

Online Qeydiyyat