Tələbə Təcrübə Proqramı 2 – “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları”

18.02.2020 tarixində Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən tələbələr üçün ilk təlim baş tutdu.Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, eyni zamanda tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında keçirilən təlimin mövzusu “Şəxsiyyət tipləri və şəxsiyyət pozuntuları” idi.Nərmin xanım təcrübəçi tələbələrə mövzu üzrə zəruri biliklər verməklə yanaşı, həmin biliklərin praktikada tətbiqi istiqamətində də faydalı məlumatlar verdi, həmçinin onların suallarını cavablandırdı.Nərmin xanıma zəngin bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.

Son məqalələr

Online Qeydiyyat