Bakı Dövlət Universitetinin “Sosial Elmlər və Psixologiya” fakültəsinin Psixologiya ixtisası üzrə təhsil alan və təcrübə proqramı əsasında Psixologiya Elmi-Tədqiqat İnstitutunda təcrübə keçən tələbələr üçün növbəti təlim 19.02.2020 tarixində baş tutdu.Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, eyni zamanda tələbə təcrübə proqramının rəhbəri, psixoloq Nərmin Quliyevanın təqdimatında keçirilən təlim “Nevrotik pozuntuların diaqnostikası və korreksiyası” mövzusuna həsr olundu.Nərmin xanım təcrübəçi tələbələrə nevvrotik pozuntular, korreksiya texnikaları haqda zəruri biliklər verdi, həmçinin həmin biliklərin praktikada tətbiqi tələbələrin də fəal iştirakı ilə psixoloq-pasient nümunələri əsasında öyrədildi.Nərmin xanıma zəngin bilik və təcrübəsini tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, təcrübəçi tələbələrimizə uğurlar arzu edirik.