“Ailə psixologiyası” Kursu

Dəyərli izləyicilər, Psixologiya Elmi-Tədqiqat İnstitutu ilk dəfə olaraq AİLƏ PSİXOLOGİYASI Kursunu təqdim edir.
Kurs institutun sədri Elnur Rüstəmov və Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyevanın təqdimatında tədris ediləcək.
Ailə Psixologiyası Kursunun proqramı 27 saat, 9 moduldan ibarətdir.
Hər modul həftədə bir dəfə şənbə günləri saat 14:00-17:00-da 3 saat müddətində davam edəcək.
İştirak edən hər bir kurs iştirakçısına modullar üzrə kurs materialları təqdim ediləcək.
Kursun sonunda proqramı əhatə edən mövzular üzrə sertifikasiya imtahanı keçiriləcək. İmtahandan 75% və daha çox nəticə göstərənlərə SERTİFİKAT təqdim ediləcək.
Ailə Psixologiyası Kursunun ilk modulu 07.03.2020 tarixində, saat 14:00-da baş tutacaq.
Kurs ödənişli əsaslarla tədris ediləcək.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat