“Nevrotik hallar və stress”-in aradan qaldırılmasına yönəlmiş qrup terapiyası

Dəyərli dostlar, sizi qrup terapiyasına dəvət edirik! “Nevrotik hallar və stress” – əksəriyyətimizi narahat edən psixoloji problem!
Qrup terapiyası ilə bunun öhdəsindən gələ bilərik.
Qrup terapiyası Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi Əli Xəlilov tərəfindən aparılacaq. “Nevrotik hallar və stress”-in aradan qaldırılmasına yönəlmiş qrup terapiyası həftədə 1 dəfə olmaqla 1 ay davam edəcək.
Qrup terapiyanın proqramı: • Nevroz, nevrozun formaları və növləri; • Nevrozun əlamətləri və yaranma səbəbləri; • Stress və stressin şəxsiyyətin psixikasına təsiri; • Nevrotik davranış pozuntuları; • Stress testi və individual diaqnostika; • Nevroz, əsəb və stressin fərqləndirilməsi; • Əsəb və stressin idarə edilməsi; • Nevrotik davranışların azalması; • Qrup terapiyasına giriş və stabil iştirak; • Kontaktın effektiv qurulması və saxlanması; • Digər eyni problemi olan iştirakçılarla tanışlıq və ünsiyyət; • Psixoloji rahatlığın təmin olunması; • Stressin idarə olunması texnikalarının mənimsənilməsi; • Qrup daxili aktivliyin təmin olunması; • İnteraktiv təcrübə və tapşırıqların icrası; • Qrup xarici tapşırıqlar və aktivlik; • Nevroza aparan davranışların idarə olunması simulyasiyası.

Qrup terapiyasında iştirak ödənişlidir.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat