“Qanınla can ver” şüarı ilə qanvermə aksiyası

Koronavirus (COVİD 19) infeksiyasının yayılması səbəbilə yaranan qan qıtlığı Azərbaycanda talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata ehtiyacı olan şəxslərin həyatı üçün təhlükə yarada bilər. Belə ki, son günlərdə donorların sayında müşahidə olunan kəskin azalma qeyd olunan şəxslər üçün həyati əhəmiyyət kəsb edən qan tədarükünü demək olar ki, mümkünsüz edir.
Bu səbəbdən Psixologiya Elmi-Tədqiqat İnstitutu “Qanınla can ver” şüarı ilə qanvermə aksiyası həyata keçirir.
Belə ki, 22.04.2020 tarixində, saat 09:00-14:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının nümayəndələri tərəfindən qanalma prosesi həyata keçiriləcək.
İnstitutumuzun bütün əməkdaşları şəfqət, mərhəmət, humanizm, xeyirxahlıq və bu kimi yüksək insani keyfiyyətlər sərgiləyərək qanvermə aksiyasında könüllü iştirak edəcəklər.
İnanırıq ki, xalqına biganə yanaşmayan, çətin gündə dəstəyini əsirgəməyən həmvətənlərimiz, o cümlədən psixoloqlar da bizə qoşulacaqlar.
Mərhəmətli xalqımıza səslənirik: “Sən də bizə qoşul, qanınla can ver!” Hörmətlə: Psixologiya Elmi-Tədqiqat İnstitutu

Ünvan: Ziya Bünyadov pr.38 ( Aşıq Molla Cümə küç. ilə kəsişmə)
Qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)

Son məqalələr

Online Qeydiyyat