“Əqli geriliyi olan məktəbyaşlı uşaqlarda zaman-məkan təsəvvürlərinin inkişaf etdirilməsi yolları” və “Əqli geriliyi olan uşaqlarda nitqin mərhələli inkişafı”

Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adı altında ixtisasartırma kursunun ötən gün, 18 iyun 2020-ci il tarixində üçüncü görüşü baş tutdu. Kurs çərçivəsində növbəti təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin əməkdaşı – kiçik elmi işçi, Narınc Psixologiya Mərkəzinin 9-cu mkr. filialının “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin müdiri Türkan Mikayıllının”Əqli geriliyi olan məktəbyaşlı uşaqlarda zaman-məkan təsəvvürlərinin inkişaf etdirilməsi yolları” və Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən “Yaş və İnkişaf Psixologiyası” şöbəsinin əməkdaşı, Narınc Psixologiya Mərkəzinin baş defektoloq-loqopedi Səbinə Nəsirovanın”Əqli geriliyi olan uşaqlarda nitqin mərhələli inkişafı” mövzusunda təqdimatları əsasında keçirilmişdir.

Son məqalələr

Online Qeydiyyat