Dəyərli izləyicilərimiz, Psixologiya Elmi-Tədqiqat İnstitutu “Qısamüddətli Həll Mərkəzli Terapiya” mövzusunda 6 saatlıq masterclassı təqdim edir!
Qısamüddətli həll mərkəzli terapiya müasir dövrdə tətbiq olunan və xüsusi effektivliyi ilə seçilən terapiya üsullarından biridir.
Əgər siz də müraciət edənlərlə psixoloji iş zamanı vaxt məhdudiyyətinə baxmayaraq gözəl nəticələr əldə etmək istəyirsinizsə, bu masterclass məhz sizin üçündür. Masterclass Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, psixoloq Mətanət Əliyeva tərəfindən aparılacaq. 6 saat müddətində, 3 gün, 3 modul üzrə, 1-3-5 İyul 2020 tarixlərində Microsoft Teams proqramı ilə online şəkildə həyata keçiriləcək. Masterclass ödənişlidir!
İştirak edən hər kəsə Sertifikat təqdim ediləcək!Öncədən qeydiyyat mütləqdir! Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə: 070 268 27 08 ( mobil/what’s App)