Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Virtual Məktəbdə təhsilalanlar və onların valideynlərinə psixoloji xidmət göstərmək üçün müraciət edib müsahibə mərhələsindən uğurla keçən məktəb psixoloqlarına 29.06.2020 tarixində növbəti təlim tədris olunmuşdur.
Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları Departamentinin mütəxəssisi Xalid Çəndərlinin təqdimatında baş tutan təlim “Virtual Məktəbdə Microsoft Teams proqramının tətbiqi qaydaları” mövzusuna həsr olunmuşdur.
Xalid bəyə təşəkkürümüzü bildirir, məktəb psixoloqlarına uğurlar arzu edirik!