“Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassı – 2 (Modul 1)

Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin müəllimi və doktorantı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu Mətanət Əliyevanın təqdimatında 6 saatlıq “Qısamüddətli Həll Mərkəzli Terapiya” masterclassının 1-ci modulu ötən gün 02.07.2020 tarixində baş tutdu.

Zoom proqramı vasitəsilə keçirilən masterclassın 1-ci modulunda həll mərkəzli terapiyanın tarixi və yaranması, pasient ilə terapevtik ünsiyyətin qurulması, pasient tipləri, problemi üzə çıxarmaq, məqsəd və hədəfin müəyyən olunması mövzuları üzrə iştirakçılara ətraflı məlumat verildi, həll mərkəzli terapiya texnikaları: dərəcələmə sualları, möcüzə sual, istisna suallar, təriflər, problem normallaşdırma texnikası, yaz-oxu-yandır texnikası, sürpriz hazırlama və s. texnikaların təcrübədə tətbiqi qaydaları öyrədildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, Mətanət xanıma zəngin bilik və təcrübəsini gənc mütəxəssis və tələbələrlə paylaşdığı üçün təşəkkürümüzü bildirir, masterclass iştirakçılarına növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik!

Son məqalələr

Online Qeydiyyat